Bakı Şəhər Statistika İdarəsinin hesabatına görə, 2021-ci il martın 1-nə paytaxtda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 899,7 manat olub. Novator.az rayonlar üzrə göstəricilərə nəzər salıb:
Pirallahı – 1868,1 manat
Səbail – 1512,9 manat
Qaradağ – 1289,1 manat
Xətai – 927,7 manat
Xəzər – 905,9 manat
Nəsimi – 830,4 manat
Suraxanı – 737,2 manat
Nizami – 727,6 manat
Yasamal – 722,9 manat
Nərimanov – 687 manat
Sabunçu – 633,1 manat
Binəqədi – 592 manat.
Bakı Şəhər Statistika İdarəsinin başqa açıqlamasına görə, 2021-ci ilin yanvar-aprel aylarında paytaxt sənayesində 12 milyard manat həcmində istehsal və xidmət qeydə alınıb, ticarət dövriyyəsinin həcmi 2020-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 0,8 faiz artıb, ictimai iaşə dövriyyəsi real ifadədə 38,5 faiz, ödənişli xidmətlərin dəyəri real ifadədə 3 faiz azalıb.
Aprelin 1-nə işçilərin orta aylıq nominal əməkhaqqı 927,1 manat göstərilir.