• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Keşlə”, “Qarabağ” və “Sumqayıt”ın potensial rəqibləri

  • 25 May 2021
  • comments
  • hikmet
  • Posted in Xəbər

Avropanın yeni futbol turniri olan Konfrans Liqasının ilk mövsümündə (2021-2022-ci illər) Azərbaycanı “Keşlə”, “Qarabağ” və “Sumqayıt” komandaları təmsil edəcək. Novator.az bildirir ki, turnir dörd təsnifat mərhələsi, qrup raundu, əlavə ələmə mərhələsi, 1/8 final, 1/4 final, yarımfinal və finaldan ibarətdir.

Birinci mərhələ 8-15 iyulda keçiriləcək. Azərbaycan komandaları həmin raunddan azaddır.

İkinci raundda (22-29 iyul) “Qarabağ” güclülər, “Keşlə” və “Sumqayıt” zəiflər səbətinə salınıb. “Qarabağ”a Belarusdan “Dinamo” (Brest), “Torpedo-BelAZ”, Slovakiyadan “Dunayska Streda”, İsraildən “Aşdod”, Norveçdən “Valerenqa”, İsveçdən “Elfsborq”, “Haken”, Bolqarıstandan “Lokomotiv” (Plovdiv), Qazaxıstandan “Tobol”, “Şaxtyor”, Polşadan “Poqon”, “Rakov” rəqib ola bilər.

“Keşlə” və “Sumqayıt”ın potensial rəqibləri arasında İsveçrədən “Bazel”, “Lüsern”, Danimarkadan “Kopenhagen”, Belçikadan “Gent”, Qazaxıstandan “Astana”, Niderlanddan “Feyenoord”, Rumıniyadan “Styaua”, “Universitatya”, Yunanıstandan PAOK, AEK, Serbiyadan “Partizan”, Belarusdan BATE, Norveçdən “Molde”, “Rusenborq”, Xorvatiyadan “Riyeka”, “Osiyek”, “Hayduk”, Kiprdən “Apollon”, AEL, Portuqaliyadan “Santa Klara”, Bolqarıstandan SSKA, Rusiyadan “Soçi”, Şotlandiyadan “Aberdin”, “Hibernian”, Ukraynadan “Vorskla”, Türkiyədən “Sivasspor” var.

Belçikadan “Anderlext”, Avstriyadan LASK, Portuqaliyadan “Paşuş de Ferreyra”, Niderlanddan “Vitess”, Rusiyadan “Rubin”, Ukraynadan “Kolos” (Kovalyovka), Türkiyədən “Trabzonspor” üçüncü mərhələdən (5-12 avqust) start götürür.

Dördüncü mərhələyə (19-26 avqust) İtaliyadan “Roma”, İngiltərədən “Tottenhem”, İspaniyadan “Vilyarreal”, Fransadan “Renn”, Almaniyadan “Union Berlin” buraxılıb.

Çempionlar Liqasının ilkin və birinci mərhələlərində, Avropa Liqasının təsnifat raundlarında ələnən komandalar Konfrans Liqasına köçür.

Qruplarda birinci yeri tutan komandalar 1/8 finala keçir, ikinci yeri tutan komandalar Avropa Liqasının qruplarında üçüncü olmuş komandalarla 1/8 finala çıxmaq uğrunda əlavə mərhələdə yarışır.

Konfrans Liqasının finalına 2022-ci il mayın 25-də Albaniya paytaxtı Tirana ev sahibliyi edəcək.

Azərbaycan xalqı nə istəyir? – “Eureporter”

  • 25 May 2021
  • comments

Yoluxma və itkilər

  • 25 May 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0

Tags

  • İdman

Rəylər

Do not miss

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

Son materiallar

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda