Novator.az futbol üzrə Azərbaycan kubokunun tarixinə nəzər salıb.
Dövlət müstəqilliyi bərpa olunandan sonra Azərbaycan kuboku uğrunda ilk yarış 1992-ci ildə keçirilib. Həmin il turniri “İnşaatçı” (Bakı) zəfərlə başa vurub. Qalan mövsümlərin qalibləri bu komandalardır:
1993 – “Qarabağ” (Ağdam)
1993-1994 – “Kəpəz” (Gəncə)
1994-1995 – “Neftçi” (Bakı)
1995-1996 – “Neftçi”
1996-1997 – “Kəpəz”
1997-1998 – “Kəpəz”
1998-1999 – “Neftçi”
1999-2000 – “Kəpəz”
2000-2001 – “Şəfa” (Bakı)
2003-2004 – “Neftçi”
2004-2005 – “Bakı”
2005-2006 – “Qarabağ”
2006-2007 – “Xəzər Lənkəran”
2007-2008 – “Xəzər Lənkəran”
2008-2009 – “Qarabağ”
2009-2010 – “Bakı”
2010-2011 – “Xəzər Lənkəran”
2011-2012 – “Bakı”
2012-2013 – “Neftçi”
2013-2014 – “Neftçi”
2014-2015 – “Qarabağ”
2015-2016 – “Qarabağ”
2016-2017 – “Qarabağ”
2017-2018 – “Keşlə” (Bakı)
2018-2019 – “Qəbələ”
2020-2021 – “Keşlə”.
2001-2002 mövsümü Azərbaycanın futbol təsərrüfatında qarşıdurma, 2019-2020 mövsümü koronavirus pandemiyası üzündən yarımçıq qalıb, 2002-2003-cü illərdə yarış keçirilməyib.