• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Təşəkkürə etiraz

  • 24 May 2021
  • comments
  • hikmet
  • Posted in Şərh

Baş nazir Əli Əsədov mayın 20-si Moskvada rusiyalı həmkarı Mixail Mişustinlə görüşdə deyib ki, Azərbaycan prezidenti və hökuməti 44 günlük müharibə zamanı Rusiya Federasiyasının rolunu yüksək qiymətləndirir.

Özünün “Facebook” səhifəsində şərh yayan AXCP sədri Əli Kərimli bu təşəkkürü anlamadığını vurğulayır. Novator.az-ın məlumatına görə, siyasətçi dövlət başçısı İlham Əliyevin İkinci Qarabağ savaşına qədər də, savaş günlərində də Rusiyanın Ermənistanı silahlandırması, həm də silahları Ermənistana pulsuz verməsi barədə bəyanatlarını xatırladıb: “Bəs Şuşaya atılan “İskəndər” raketlərini düşmən ölkəyə kim vermişdi? O raket vəd olunduğu qədər dağıdıcı olsaydı, Şuşa fatehlərinin mütləq əksəriyyətini məhv edə bilərdi. Bəs Bakıya atılan, Gəncədə, Bərdədə, digər şəhərlərimizdə dinc sakinlərimizi kütləvi şəkildə məhv edən raketləri kim hədiyyə etmişdi Ermənistana? Bəs Ermənistanın tam məğlubiyyətinə və Azərbaycanın tam qələbəsinə imkan verməyən hansı dövlət idi? Erməni silahlı qüvvələri kimin, hansı dövlətin himayəsində hələ bu gün də Qarabağda qalır?

Bütün bunlardan sonra baş nazir Əli Əsədov hansı haqla, hansı əsasla Rusiyanın 44 günlük Qarabağ müharibəsindəki rolunun yüksək qiymətləndirildiyini deyir?

Azərbaycan hakimiyyəti izahat verməlidir. Hansı haqla Azərbaycan əsgər və zabitlərinin canı, qanı bahasına əldə olunan hərbi zəfəri buna heç haqqı olmayan başqa bir dövlətlə paylaşırlar?

Rusiyaya təşəkkürün gerçək səbəbi nədir? Bu təşəkkür Rusiya rəhbərliyinin himayəsini qazanmaq cəhdidir, yoxsa xalqdan gizlədilən bir şeylər var? Bir çoxlarının iddia etdiyi kimi, Azərbaycan hakimiyyəti Rusiyanın hansısa planlarında rolmu alıb? İstənilən halda xalqa izahat verməlidirlər”.

1988-ci ildə Ermənistan Azərbaycanın Yuxarı Qarabağ bölgəsini ələ keçirmək üçün təcavüzə başlayıb. 1991-ci ildə Yuxarı Qarabağ “müstəqil dövlət” elan edilib. Bunun ardınca müharibə alovlanıb, işğal başlayıb. 1994-cü ildə atəşkəslə dayanan müharibədə Ermənistan Yuxarı Qarabağı (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd rayonları və keçmiş Ağdərə rayonu), onun ətrafındakı bir çox bölgəni işğal edib.

2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda 5 şəhər, bir neçə qəsəbə, yüzlərlə kənd azad olunub.

Noyabrın 10-na keçən gecə hərbi əməliyyatlar dayandırılıb, Yuxarı Qarabağda təmas xətti və Laçın yolu boyu Rusiyanın sülhməramlı kontingenti yerləşdirilib, dekabrın 1-dək işğalçılar Azərbaycan ərazilərinin bir hissəsindən çıxıblar.

Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır.

Laçın şəhəri və rayonun 6 kəndi Rusiya Ordusu bölmələrinin əlindədir.

“Focus”: “İstehza arxada qaldı. Putin məqsədinə ya...

  • 24 May 2021
  • comments

Ziyan hesablanır

  • 24 May 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Niyə Moskva müharibə təbliğatında sovet obrazlarından istifadə edir?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

ABŞ prezidentləri

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Niyə Moskva müharibə təbliğatında sovet obrazlarından istifadə edir?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda