Əhaliyə təyin olunmuş sosial müavinətlər və kompensasiyalar üzrə hesabat açıqlanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi statistika 2021-ci il aprelin 1-nə olan vəziyyəti – sosial müavinət təyin olunmuş şəxslərin sayını göstərir.
Aylıq sosial müavinətlər:
yaşa görə – 103020 nəfər
18 yaşından yuxarı əlilliyi olan şəxslərə – 168624
ailə başçısını itirməyə görə – 52116
sağlamlıq imkanları məhdud olan 18 yaşınadək uşaqlara – 52041
dövlət qulluqçularına – 33
özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə – 698
əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkənlərə kompensasiya – 354
əhalinin bəzi kateqoriyalarından olan uşaqlı ailələrə (uşaqların sayı) – 13538
1 yaşınadək uşağı olan aztəminatlı ailələrə (uşaqların sayı) – 1448
beşdən çox uşağa görə (uşaqların sayı) – 9067
valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) – 246.
Məcburi dövlət sosial sığorta haqları hesabına verilənlər istisna olmaqla birdəfəlik sosial müavinətlər (yanvar-mart):
uşağın anadan olmasına görə ailələrə – 16165, uşaqlara – 16455
radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə müalicə üçün – 3289
penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərə – 1231
dəfn üçün – 1674.