Novator.az UEFA Çempionlar Liqasının 2021-2022 mövsümünə vəsiqə alan komandaların yenilənmiş siyahısını təqdim edir.
İspaniyadan “Atletiko”, “Real”, “Barselona”, “Sevilya”, İngiltərədən “Mançester Siti”, “Mançester Yunayted”, “Liverpul”, “Çelsi”, Almaniyadan “Bavariya”, “Leypsiq”, “Borussiya” (Dortmund), “Volfsburq”, İtaliyadan “İnter”, “Milan”, “Atalanta”, “Yuventus”, Fransadan “Lill”, PSJ, Portuqaliyadan “Sportinq”, “Portu”, Rusiyadan “Zenit”, Belçikadan “Brügge”, Ukraynadan “Dinamo”, Niderlanddan “Ayaks”, Türkiyədən “Beşiktaş”ın qrup raundunda (14 sentyabr-8 dekabr) oynayacağı dəqiqləşib.
Avstriyadan “Zalsburq” dördüncü mərhələyə (17-25 avqust) buraxılıb.
Şotlandiyadan “Reyncers”, Çexiyadan “Slaviya”, Fransadan “Monako”, Portuqaliyadan “Benfika”, Rusiyadan “Spartak” (Moskva), Belçikadan “Genk”, Ukraynadan “Şaxtyor” üçüncü mərhələdədir (3-10 avqust).
Kiprdən “Omoniya”, İsveçrədən “Yanq Boyz”, Yunanıstandan “Olimpiakos”, Serbiyadan “Srvena Zvezda”, Niderlanddan PSV, Türkiyədən “Qalatasaray”, Avstriyadan “Rapid”, Şotlandiyadan “Seltik”, Çexiyadan “Sparta” ikinci mərhələdən (20-28 iyul) start götürürlər.
Xorvatiyadan “Dinamo”, İsveçdən “Malmö”, Norveçdən “Bode-Qlimt”, Qazaxıstandan “Kayrat”, Belarusdan “Şaxtyor”, Azərbaycandan “Neftçi”, Bolqarıstandan “Ludoqorets”, Rumıniyadan “Kluj”, Polşadan “Legiya”, Slovakiyadan “Slovan”, Sloveniyadan “Mura”, Macarıstandan “Ferensvaroş”, Litvadan “Jalgiris” (Vilnüs), Latviyadan “Riqa”, Şimali Makedoniyadan “Şkendiya”, Bosniyadan “Borats”, Moldovadan “Şerif”, İrlandiyadan “Şemrok Rovers”, Finlandiyadan HİK, Gürcüstandan “Dinamo” (Tbilisi), Maltadan “Hamrun”, İslandiyadan “Valyur”, Uelsdən “Konnah Kuey”, Cəbəllütariqdən “Linkoln”, Monteneqrodan “Buduçnost”, Estoniyadan “Flora” birinci mərhələdə (6-14 iyul) yer alırlar.
Yarışa ilk ələmə raundundan (22-25 iyun) Kosovodan “Priştina”, Farer adalarından “HB Torshavn”, Andorradan “İnter”, San Marinodan “Folqore” başlayır.