• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Azərbaycana dəstək, Azərbaycanın dəstəyi

  • 24 May 2021
  • comments
  • hikmet
  • Posted in AktualDünyanın səsiManşetŞərh

Azərbaycanı “Avroviziya 2021” mahnı müsabiqəsində təmsil edən müğənni Samirə Əfəndi 26 iddiaçının qatıldığı finalda 20-ci yeri tutub.

Yarışmaya Niderlandın Rotterdam şəhəri ev sahibliyi edib, yarımfinallar mayın 18-i və 20-də, final mayın 22-də keçirilib. Qalib 39 iştirakçı ölkənin hər birindən 5 münsifin səsverməsi və tamaşaçıların SMS dəstəyi əsasında müəyyənləşib. Qaydalara görə, hər iki istiqamət üzrə maksimum xal 12-dir.

Novator.az bildirir ki, Samirə Əfəndi finalda 65 xal qazanıb, bunun 32-si münsiflərdən, 33-ü tamaşaçılardan gəlib.

Azərbaycanlı müğənniyə ən yüksək xalı rusiyalı münsiflər verib: 8 xal.

Moldovalı münsiflər Azərbaycan təmsilçisini 6, gürcüstanlı münsiflər 5, ukraynalı münsiflər 3, albaniyalı, irlandiyalı, israilli, isveçrəli və niderlandlı münsiflər 2 xalla qiymətləndirib.

Tamaşaçılardan Azərbaycan təmsilçisinə ən böyük dəstək Bolqarıstan, Rumıniya, Rusiya və Serbiyadan olub: 4 xal.

Samirə Əfəndi Gürcüstan, Şimali Makedoniya və Ukraynadan 3 xal, Xorvatiya, İsrail və Yunanıstandan 2 xal, Moldova və Norveçdən 1 xal əldə edib.

Azərbaycanlı münsiflər Rusiya təmsilçisinə 12, Yunanıstan təmsilçisinə 10, Moldova təmsilçisinə 8 xal verib.

Malta Azərbaycan münsiflərindən 7, Ukrayna 6, İsveç 5, Fransa 4, Belçika 3, Portuqaliya 2, Bolqarıstan 1 xal alıb.

Azərbaycanlı tamaşaçıların dəstəyi belə sıralanıb:

İsrail – 12 xal

İtaliya – 10 xal

Ukrayna – 8 xal

Rusiya – 6 xal

Finlandiya – 5 xal

İsveçrə – 4 xal

San Marino – 3 xal

Fransa – 2 xal

Moldova – 1 xal.

“Avroviziya 2021” mahnı müsabiqəsi finalda münsiflərdən və tamaşaçılardan ümumilikdə 524 xal alan İtaliyanın “Maneskin” qrupunun qələbəsi ilə başa çatıb.

İctimai teleradioları bir araya gətirən Avropa Yayım Birliyinin 1956-cı ildən keçirdiyi “Avroviziya” yarışında indiyəcən 27 ölkə birincilik əldə edib. 1969-cu ildə qələbə eyni vaxtda dörd ölkəyə (Böyük Britaniya, Fransa, İspaniya, Niderland) verilib. Buna görə də 65 dəfə keçirilmiş yarışın 68 qalibi var.

1956-cı ildən bəri İrlandiya 7, İsveç 6, Böyük Britaniya, Fransa, Lüksemburq, Niderland 5, İsrail 4, Danimarka, İtaliya, Norveç 3, Almaniya, Avstriya, İspaniya, İsveçrə, Ukrayna 2 dəfə qalib olub.

Azərbaycan, Belçika, Estoniya, Finlandiya, Latviya, Monako, Portuqaliya, Rusiya, Serbiya, Türkiyə, Yuqoslaviya, Yunanıstan 1 uğur əldə edib.

Azərbaycan “Avroviziya”ya 2008-ci ildən qatılır. 2008-ci ildə Elnur Hüseynov və Samir Cavadzadə 8-ci, 2009-cu ildə Aysel Teymurzadə və Araş 3-cü, 2010-cu ildə Səfurə Əlizadə 5-ci, 2011-ci ildə Nigar Camal və Eldar Qasımov 1-ci, 2012-ci ildə Səbinə Babayeva 4-cü, 2013-cü ildə Fərid Məmmədov 2-ci, 2014-cü ildə Dilarə Kazımova 22-ci, 2015-ci ildə Elnur Hüseynov 12-ci, 2016-cı ildə Səmra Rəhimli 17-ci, 2017-ci ildə Diana Hacıyeva 14-cü, 2019-cu ildə Çingiz Mustafayev 8-ci yeri tutub.

“Avroviziya 2018”dəki təmsilçi Aysel Məmmədova yarımfinalda ələnib.

“The Economist” jurnalının COVİD-lə bağlı sensasio...

  • 24 May 2021
  • comments

Şuşa şəhəri haqqında qanun layihəsi

  • 24 May 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Mədəniyyət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda