• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Satınalmalar qanunu yenilənir

  • 21 May 2021
  • comments
  • hikmet
  • Posted in Xəbər

Parlamentin 21 may iclasında “Dövlət satınalmaları haqqında” qanuna dəyişikliklər ilk oxunuşda qəbul edilib. Novator.az bildirir ki, qanunun əsas anlayışlar maddəsində yeniliklərə görə, iddiaçı – tender şərtlərinə əsasən təklif verən, iştirak haqqını ödəyən hüquqi və ya fiziki şəxslər, yaxud hüquqi şəxslərin birliyi; təkliflərin cəlb edilməsi – tenderdə, ixtisas uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi prosedurunda, təkliflər sorğusu prosedurunda və ya elektron satınalmada iştirak etmək üçün verilən dəvətdir.

Layihəyə əsasən, qanuna yeni anlayışlar əlavə olunur: iştirak haqqı – tenderin əsas şərtlər toplusunu və ya kotirovka sorğusunun şərtlərini almaq və iddiaçı kimi qeydiyyatdan keçmək üçün malgöndərənin (podratçının) ödədiyi vəsait; kotirovka sorğusu şərtləri – satınalan təşkilatın kotirovka şərtlərini əks etdirən və iddiaçılara təqdim edilən sənəd.

Malgöndərənlərin (podratçıların) ixtisas uyğunluğunun müəyyənləşdirilməsi maddəsində yeniliyə görə, tender elanı verildikdən sonra ixtisas uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi proseduru keçirilə bilməz.

Başqa dəyişikliyə əsasən, satınalan təşkilat sənədlər toplusunun təqdim edilməsi üçün ən azı 10 bank günü müddət müəyyən edir. Satınalan təşkilat malgöndərənə (podratçıya) ixtisas uyğunluğunun müəyyənləşdirilməsi üçün sənədlərin son təqdim edilməsi tarixindən sonra 10 bank günündən gec olmayaraq ixtisas uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsinin nəticələri barədə məlumat verir.

İştirak haqqının və tender xərclərinin ödənməsi maddəsində yeniliyə görə, satınalmalar zamanı malgöndərən (podratçı) tenderin əsas şərtlər toplusunu və kotirovka sorğusunun şərtlərini almaq və iddiaçı kimi qeydiyyatdan keçmək üçün satınalan təşkilata iştirak haqqı ödəyir. İştirak haqqının ümumi məbləğini tender predmetinin ehtimal olunan qiymətinin 0,3 faizindən və tender xərclərinin 1,2 mislindən çox olmamaq şərti ilə satınalan təşkilat müəyyən edir. Tenderin keçirilməsi ilə bağlı bütün xərclər, o cümlədən elan, reklam, tender keçirilən yerin icarəsi, tender komissiyasının maliyyələşdirilməsi, tender sənədlərinin hazırlanması və iddiaçılara çatdırılması xərcləri, həmçinin tenderin keçirilməsi ilə birbaşa əlaqədar olan bütün digər xərclər tenderdə iştirak haqları hesabına ödənir. Tenderdə iştirak haqlarından toplanmış vəsait tender xərclərindən çox olduqda fərq satınalan təşkilatın sərəncamında qalır (büdcədən maliyyələşən təşkilatlarda dövlət büdcəsinə köçürülür), az olduqda isə fərqin ödənişi satınalan təşkilatın boynuna düşür.

Hakim təyinatları

  • 21 May 2021
  • comments

CNN-dən Rusiya səfirinə sual: Putin Navalnıdan qor...

  • 21 May 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın makroiqtisadi göstəriciləri

GLOBALS:0
comments
Xəbər

Mehmanxana biznesinin yarım ili

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Bayden memuar müqaviləsi bağlayıb

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0

Tags

  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Ermənistanın makroiqtisadi göstəriciləri

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın makroiqtisadi göstəriciləri

GLOBALS:0
comments
Xəbər

Mehmanxana biznesinin yarım ili

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Bayden memuar müqaviləsi bağlayıb

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda