Azərbaycanın Dövlət Statistika Komitəsi 2021-ci il aprelin 1-nə muzdlu işçilərin orta aylıq nominal əməkhaqqını 713,2 manat göstərib. Hesabata görə, neft-qaz sektorunda orta maaş 3237,8 manat, qeyri neft-qaz sektorunda 660,4 manat, dövlət müəssisələrində 634,6 manat, özəl müəssisələrdə 810 manat olub.
Novator.az bildirir ki, iqtisadi fəaliyyət növləri üzrə orta maaş belə rəsmiləşib:
mədən sənayesi – 3197,8 manat;
maliyyə və sığorta fəaliyyəti – 1633,1 manat;
informasiya və rabitə – 1178,7 manat;
peşə fəaliyyəti, elmi və texniki fəaliyyət – 1104,9 manat;
dövlət idarəetməsi və müdafiə; sosial təminat – 971,6 manat;
nəqliyyat və anbar təsərrüfatı – 920,6 manat;
tikinti – 857,2 manat;
elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı – 762,1 manat;
emal sənayesi – 683,1 manat;
daşınmaz əmlakla əlaqədar əməliyyatlar – 678,7 manat;
turistlərin yerləşdirilməsi və ictimai iaşə – 565,7 manat;
su təchizatı, tullantıların təmizlənməsi və emalı – 555,5 manat;
ticarət; nəqliyyat vasitələrinin təmiri – 527,5 manat;
istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət – 524,2 manat;
təhsil – 522,5 manat;
əhaliyə səhiyyə xidməti və sosial xidmətlərin göstərilməsi – 510,4 manat;
inzibati və yardımçı xidmətlərin göstərilməsi – 451,8 manat;
kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq – 432,7 manat;
digər sahələrdə xidmətlərin göstərilməsi – 689,5 manat.
2021-ci il mayın 1-nə iqtisadi fəal əhalinin 4 milyon 898,7 min nəfəri məşğul əhali kimi göstərilib. Dövlət Statistika Komitəsi bildirir ki, aprelin 1-nə muzdlu işçilərin 33 min nəfəri iqtisadiyyatın neft-qaz sektorunda, 1 milyon 646,7 min nəfəri qeyri neft-qaz sektorunda çalışıb, yanvar-mart ayları ərzində ölkədə 13,2 min yeni iş yeri açılıb, 1,7 min iş yeri bağlanıb.
Azərbaycanda minimum maaş 250 manatdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin median əməkhaqqı məbləği açıqlamasına görə, 2021-ci ilin əvvəlinə muzdla çalışanların yarısı 343 manatdan çox, yarısı həmin məbləğdən az əməkhaqqı alıb.