Niderlandın Rotterdam şəhərində keçirilən “Avroviziya 2021” mahnı müsabiqəsində yarımfinal raundu başa çatıb. Novator.az-ın məlumatına görə, 20 may yarımfinalında bu iştirakçılar mərhələ adlayıb:
Albaniya – Anjela Peristeri
Bolqarıstan – Viktoriya Georgiyeva
Finlandiya – “Blind Channel” qrupu
İslandiya – “Datamaqnit” qrupu
İsveçrə – Con Muharremay
Moldova – Natalya Qordiyenko
Portuqaliya – “The Black Mamba” qrupu
San Marino – Senhit Zadik Zadik
Serbiya – “Hurricane” qrupu
Yunanıstan – Stefaniya Liberakakis.
Azərbaycan təmsilçisi Samirə Əfəndi mayın 18-də ilk yarımfinalı dəf edib. Həmin gün bu iştirakçılar da finala bilet alıb:
Belçika – “Huverfonik” qrupu
İsrail – Eden Alene
İsveç – Tusin Mikael Çiza
Kipr – Yelena Sanqrinu
Litva – “The Roop” qrupu
Malta – Destini Çukunyere
Norveç – Andreas Haykeland
Rusiya – Manija Sanqin
Ukrayna – “Go A” qrupu.
İctimai teleradiolar qurumu – Avropa Yayım Birliyinin layihəsi olan yarışmanın finalı mayın 22-nə təyin edilib. Finala birbaşa vəsiqə alan iştirakçılar bunlardır:
Almaniya – Yendrik Ziqvart
Böyük Britaniya – Ceyms Nyumen
Fransa – Barbara Pravi
İspaniya – Blas Kanto Moreno
İtaliya – “Maneskin” qrupu
Niderland – Janqyu Makroy.
1956-cı ildən bəri “Avroviziya”da İrlandiya 7, İsveç 6, Niderland, Fransa, Lüksemburq, Böyük Britaniya 5, İsrail 4, Danimarka, Norveç 3, İsveçrə, İtaliya, Avstriya, İspaniya, Almaniya, Ukrayna 2 dəfə qalib olub.
Monako, Belçika, Yuqoslaviya, Estoniya, Latviya, Türkiyə, Yunanıstan, Finlandiya, Serbiya, Rusiya, Azərbaycan, Portuqaliya 1 uğur əldə edib (Qaliblər).