• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qurbanlı uğurlar

  • 20 May 2021
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Ağdamın “Qarabağ” futbol komandası 1993-2020-ci illər arasında 8 dəfə Azərbaycan çempionu olub. Novator.az bildirir ki, çempionluqların 7-si Qurban Qurbanovun baş məşqçiliyi dövrünə düşür.

Komandanın 1993-2017-ci illər arası qazandığı 6 Azərbaycan kubokunun 4-ü Qurban Qurbanovla əldə edilib.

Qurban Qurbanov 2008-ci ildən “Qarabağ”ın baş məşqçisidir. Onun rəhbərliyi altında komanda 2 dəfə milli çempionatın gümüş, 2 dəfə bürünc mükafatına da sahib çıxıb (2 gümüş, 1 bürünc mükafat 2008-ci ildən əvvəl qazanılıb).

2014-cü ildən bəri “Qarabağ” ardıcıl 7 dəfə Avropanın klub turnirlərinin qrup mərhələsində mübarizə aparıb. Komanda 2014-2015, 2015-2016, 2016-2017, 2018-2019, 2019-2020, 2020-2021 mövsümlərində Avropa Liqasının qrup mərhələsində, 2017-2018 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində oynayıb.

Əsası 1951-ci ildə Ağdam şəhərində qoyulan “Qarabağ” komandası 1977-ci ilədək “Məhsul”, 1982-ci ilədək “Şəfəq”, 1988-ci ilədək “Kooperator” adı daşıyıb. 1 dəfə Azərbaycan SSR-in çempionu olub.

Qurban Qurbanov 1972-ci ildə Zaqatalanın Aşağı Tala kəndində doğulub. Futbolçu karyerası ərzində Azərbaycanın “Daşqın”, “Turan”, “Kür-Nur”, “Neftçi”, “İnter”, Gürcüstanın “Mertsxali”, “Alazani”, Rusiyanın “Dinamo” (Stavropol), “Fakel”, “Baltika”, “Volqar” klublarında və Azərbaycanın milli komandasında hücumçu mövqeyində çıxış edib.

2006-cı ildə futbolçu karyerasını başa vuran Qurban Qurbanov “Qarabağ”a gəlməzdən əvvəl Bakının “İnter” klubunun idman direktoru vəzifəsində çalışıb, sonra “Neftçi”də baş məşqçi və idman direktoru vəzifələrini tutub.

Qurban Qurbanov 2017-ci ilin noyabr ayından 2018-ci ilin dekabr ayınadək Azərbaycan milli komandasının da baş məşqçisi olub.

Əhalisi 100 min nəfəri ötən bölgələr

  • 20 May 2021
  • comments

Avropadan yeni cərimələr

  • 20 May 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • İdman

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda