• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Mötəbər mənbədən aldığımız məlumata görə…”

  • 20 May 2021
0
SHARES
FacebookTwitterPinterest

Səbail Rayon Məhkəməsi Azərbaycan Ordusuna dəstək aksiyasından sonra cinayət məsuliyyətinə alınmış şəxslərin işi üzrə proses aparır. Mühakimə 2021-ci ilin fevral ayında başlayıb.

2020-ci il iyulun 12-dən 16-dək Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu sahəsində döyüşlər gedib, Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu və 1 mülki şəxs şəhid olub.

İyulun 14-ü axşamdan iyulun 15-nə keçən gecəyədək Bakıda Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib. Bir qrup şəxs Milli Məclisin binasına girəndən sonra polis aksiyanı dağıdıb, toqquşma yaranıb. Rəsmi məlumata görə, bir neçə polis əməkdaşı xəsarət alıb, xidməti avtomobillərə, ərazinin yol infrastrukturuna, Milli Məclisin birinci mərtəbəsində mülkiyyətə və inventara ziyan dəyib.

Baş Prokurorluğun İstintaq İdarəsi bu işin istintaqını qəsdən sağlamlığa az ağır zərər vurma; əmlakı qəsdən məhv etmə və ya zədələmə; ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak; hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmək ittihamları üzrə aparıb.

37 təqsirləndirilən şəxsin 36-sı bir müddət həbsdə saxlanıb. 2020-ci il noyabrın 16-da Səbail Rayon Məhkəməsi 21 nəfəri (AXCP üzvləri Asif Yusifli, Seymur Əhmədov, Bəxtiyar İmanov, İsmayıl Həsənov, Ayaz Məhərrəmov, Baba Süleymanov, Ceyhun Novruzov, Məhəbbət Nağıyev, Telman Seyfullayev, Fuad Qəhrəmanlı, Məmməd İbrahim, Müşviq Quliyev, Müsəlman Birliyi Hərəkatının təmsilçiləri Tural Vəliyev, Kamil Mahmudov, bitərəflər Emin Hüseynzadə, Şəmsi Rəhimli, Vüsal Quliyev, Elçin Mehdiyev, Fariz Məmmədov, Ariz İbadətoğlu, Ceyhun Məmmədov), dekabrın 7-də 15 nəfəri (AXCP üzvləri Ramid Nağıyev, Gündüz Mirzəyev, Elnur Cabbarov, Azərbaycan Demokratiya və Rifah Hərəkatının üzvü Pərvin Çobanov, bitərəflər Siyavuş Mustafayev, İsmayıl Məmmədov, İlkin Əliyev, Taleh Məmişov, Elçin Məmmədov, Azər Məmmədov, Ramiz Babayev, Səbuhi Mustafayev, Müşviq Vahabov, Fərid Abadov, Dəyanət Mövlayev) ev dustaqlığına buraxıb.

Cəbhəçi Elvin Məmmədov polisin nəzarətindədir.

AXCP fəalı Ruslan Əmirov sonradan cinayət məsuliyyətinə alınıb. 2020-ci il oktyabrın 10-da polis nəzarətinə verilən cəbhəçinin işi ayrıca icraata ayrılıb.

Novator.az-ın məlumatına görə, Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli özünün “Facebook” səhifəsində yazır ki, məhkəmə prosesində ittiham tərəfi AXCP üzvlərinin Milli Məclisə girməsi və polis maşınları aşırması barədə bircə görüntülü fakt ortaya qoya bilməyib: “Şahid kimi saxta ifadə verənlərin əksəriyyəti ya polis işçiləri, ya da polisin “şahid şəbəkəsinin” üzvləridir. Müdafiə tərəfi və təqsirləndirilən şəxslər orduya dəstək aksiyası ilə bağlı onlarca videomaterial təqdim etdikləri halda hadisənin açılmasında, həqiqətin üzə çıxmasında maraqlı olmalı olan dövlət ittihamçısı onların nümayiş etdirilməsinin əleyhinə çıxır və hakim bu barədə vəsatətləri rədd edir.

Saxta ittihamla təqsirləndirilən 37 nəfərin 16 nəfəri AXCP-nin, 2 nəfəri Müsəlman Birliyi Hərəkatının, 1 nəfəri Azərbaycan Demokratiya və Rifah Hərəkatının fəalıdır. İstintaq müddətində onlar ev dustaqlığına buraxılsalar da, hakimiyyət bu absurd işə Xalq Cəbhəsini repressiya etmək üçün “hüquqi” imkan kimi baxır. Məhkəmə istintaqına cəlb edilən 16 cəbhəçidən yarıya qədər partiyanın rəhbərliyində və təşkilatın müxtəlif orqanlarında təmsil olunan tanınmış şəxslərdir. Çox mötəbər mənbədən aldığımız məlumata görə, məhkəmənin sonunda Xalq Cəbhəsinin rəhbərliyinə daxil olan şəxslərdən 5-6 nəfərinə müxtəlif müddətlərə həbs cəzası vermək planlaşdırılır”.

Azərbaycan Xalq Cəbhəsi (AXC) 1989-cu il iyulun 16-sı Bakıda təsis olunub. Qurucu konfransda Əbülfəz Elçibəy AXC sədri seçilib.

AXC 1992-1993-cü illərdə hakimiyyətdə olub.

1995-ci ildə AXC partiyaya çevrilib. 2000-ci ildən həmin siyasi təşkilata – Azərbaycan Xalq Cəbhəsi Partiyasına Əli Kərimli liderlik edir. Əli Kərimli 2013-cü ildə yaradılmış Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvüdür.

Cəmil Həsənli tarix elmləri doktorudur. Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini olub. 2000 və 2005-ci illərdə Milli Məclisin deputatı seçilib. 2013-cü ildə Demokratik Qüvvələrin Milli Şurasının namizədi kimi prezident seçkisində iştirak edib.

Fəxri adlar: neçə nəfər təqaüd alır?

  • 20 May 2021

Azərbaycan hansı ölkələrə neft və qaz ixrac edir?

  • 20 May 2021

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

Rusiya 40 yaşdan yuxarı şəxsləri orduya dəvət edir

comments
ManşetXəbər

Şikayət, bəraət və azadlıq istəyi

comments
Dünyanın səsiManşetXəbər

Lukaşenko müxalifləri edam etməyə hazırlaşır?

comments
ManşetXəbər

Qadir İbrahimli

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetXəbər

Rusiya 40 yaşdan yuxarı şəxsləri orduya dəvət edir

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

Rusiya 40 yaşdan yuxarı şəxsləri orduya dəvət edir

comments
ManşetXəbər

Şikayət, bəraət və azadlıq istəyi

comments
Dünyanın səsiManşetXəbər

Lukaşenko müxalifləri edam etməyə hazırlaşır?

comments
ManşetXəbər

Qadir İbrahimli

comments
ManşetTribunaYazarlar

Gənclərə

comments
ManşetXəbər

İsa Qəmbər məhkəməyə üz tutur

comments
AktualManşetXəbər

Saraydakı baş məmurlar

comments
AktualManşetXəbər

Azərbaycan hansı ölkələrə neft satır?

comments
AktualManşetXəbər

Azərbaycanın Avropa İttifaqına ixracı

comments
ManşetXəbər

Yenə Brüssel

comments
AktualManşetXəbər

Yaxın ölkələrlə alış-veriş

comments
AktualManşetXəbər

İçiləsi deyilmiş (Su replikasının əks-sədası)

comments
Dünyanın səsiManşetŞərh

Rusiya iqtisadiyyatı gözləndiyindən çox zəifləyib – “Bloomberg”

comments
AktualDünyanın səsiManşetXəbər

Birinci xanım tarixi

comments
Dünyanın səsiManşetXəbər

Keçmiş baş nazirin qatillərindən biri azadlığa buraxılıb

comments
AktualManşetXəbər

Neftsiz ixracın ünvanları

comments
AktualDünyanın səsiManşetŞərh

“Vaşinqton Post”: Rusiya uduzur

comments
AktualManşetŞərh

AZAL-dan zərər

comments
AktualManşetXəbər

Dörd ayın ticarəti

comments
ManşetXəbər

Alman möhürü

comments
ManşetXəbər

Ermənistan sülhdən yayınır?

comments
ManşetTribunaYazarlar

İnsan işğalı

comments
Dünyanın səsiManşetXəbər

“The Telegraph”: Putin Donbasdakı qoşunları öz nəzarətinə götürüb

comments
Dünyanın səsiManşetXəbər

Uyğur rayonunda hər 25 nəfərdən biri terror ittihamı ilə məhkum edilib

comments
Dünyanın səsiManşetXəbər

Fransada parlament marafonu, ilkin sorğular

comments
ManşetXəbər

Əhali statistikası

comments
AktualManşetXəbər

İş, işsizlik, maaş

comments
Dünyanın səsiManşetXəbər

“Kölgə” Navalnının dalınca düşübmüş

comments
ManşetTribunaYazarlar

Möcüzəsiz çarə

comments
ManşetTribunaYazarlar

Bir nəfərin savaşı

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda