• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ermənistan parlamentinə ilkin iddiaçılar

  • 19 May 2021
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiManşetXəbər

Novator.az Ermənistandakı növbədənkənar parlament seçkisinə qatılmaq qərarına gələn iddiaçıların siyahısına nəzər salıb.

Seçki iyunun 20-də proporsional sistem üzrə keçiriləcək.

Hökumət başçısı Nikol Paşinyanın sədrlik etdiyi Vətəndaş Sazişi Partiyası seçkiyə təkbaşına qatılır.

İndiki parlamentdə təmsil olunan iki qurum – deputat Qaqik Sarukyanın Çiçəklənən Ermənistan Partiyası və deputat Edmon Marukyanın İşıqlı Ermənistan Partiyası, həmçinin birinci prezident Levon Ter-Petrosyanın sədrlik etdiyi Erməni Milli Konqresi də eyni cür qərar verib.

İkinci prezident Robert Köçəryan Daşnaksütun Partiyası və Dirçələn Ermənistan Partiyası ilə birgə Ermənistan bloku yaradıb.

Üçüncü prezident Serj Sərkisyanın sədrlik etdiyi Ermənistan Respublika Partiyası Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyanın Vətən Partiyası ilə “Qürurluyam” blokunda birləşib.

Aram Sərkisyanın Demokrat Partiyası seçkiyə sabiq deputat, sahibkar Tiqran Arzakantsyanla birgə blokda qatılmaq qərarına gəlib.

20 iyun seçkisində qanunverici orqana düşmək üçün partiyalar azı 5%, bloklar azı 7% səs toplamalıdır.

Aprelin 25-də baş nazir Nikol Paşinyan və hökuməti növbədənkənar parlament seçkisi naminə istefaya gedib. Mayın 10-da qanunverici orqan buraxılıb, növbədənkənar parlament seçkisi təyin edilib.

Mərkəzi Seçki Komissiyasında qeydiyyat mərhələsi 26-31 may arasında olacaq.

Hazırda Nikol Paşinyan, onun müavinləri, nazirlər və başqa hökumət üzvləri səlahiyyətlərin icraçısı sayılır.

1975-ci il təvəllüdlü Nikol Paşinyan baş nazir postuna 2018-ci il mayın 8-i xalq hərəkatı dalğasında gəlib. Həmin il oktyabrın 16-da Nikol Paşinyan istefa verib (ancaq səlahiyyətlərinin icrasını davam etdirib), ardınca parlament buraxılıb. Dekabrın 9-da keçirilmiş növbədənkənar parlament seçkisində qələbədən sonra, 2019-cu il yanvarın 14-də Nikol Paşinyan yenidən baş nazir postuna təyinat alıb.

2020-ci ilin noyabr ayından bir qrup müxalif partiya baş nazirin istefası tələbi irəli sürür. Növbədənkənar seçki bu fonda gündəmə gəlib.

Azı 101 deputatdan ibarət olan Ermənistan parlamentinin səlahiyyət müddəti 5 ildir.

Hökumətə suallar

  • 19 May 2021
  • comments

Hərbi jurnalist, yoxsa müharibə müxbiri?

  • 19 May 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda