• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

ABŞ-dan prezidentə zəng

  • 18 May 2021
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiManşetXəbər

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan mayın 17-si axşam radələrində dövlət başçısı İlham Əliyevə zəng edib. Rəsmi məlumata görə, telefon danışığında Ceyk Sallivan Azərbaycan və Ermənistan sərhədində yaşanan son gərginliklə bağlı narahatlığını bildirib və bu kimi fikir ayrılıqlarının dinc həll olunmasının vacibliyini vurğulayıb. O, beynəlxalq sərhədin demarkasiyası üçün tərəflərin konstruktiv müzakirələrinə ehtiyac duyulduğunu vurğulayıb, ABŞ-ın bölgədə barışığın əldə olunmasına sadiqliyini ifadə edib.

İlham Əliyev bölgədə münaqişədən sonrakı vəziyyəti müsbət qiymətləndirib, bölgədə, o cümlədən Azərbaycan-Ermənistan sərhədində vəziyyətin sabit olduğunu qeyd edib. O, Azərbaycan və Ermənistan arasında beynəlxalq sərhədin delimitasiyası üzrə danışıqların başlanmasına ehtiyac duyulduğu fikri ilə razı olduğunu ifadə edib və bu prosesin 10 noyabr 2020-ci il bəyanatına uyğun olaraq həyata keçirilməsinin əhəmiyyətini bildirib.

Prezident Ermənistanın sərhəd gərginliyi ilə bağlı qeyri-adekvat reaksiyasının və bu məsələni beynəlmiləlləşdirmək cəhdlərinin bölgədə gərginliyin artmasına gətirib çıxara biləcəyini qeyd edib və bütün mübahisələrin sülh yolu ilə və danışıqlar prosesi çərçivəsində həllinin vacibliyini vurğulayıb.

Novator.az bildirir ki, Azərbaycan hərbçiləri mayın 12-də Ermənistanla sərhədin Laçın rayonu istiqamətindəki Qaragöl sahəsini nəzarətə götürüb. Ermənistan bunu öz ərazisinə müdaxilə sayır, kömək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət edib. 1992-ci il mayın 15-də yaradılan bu hərbi-siyasi birliyə Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.

Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini ələ keçirib, ərazidə özünü müstəqil dövlət sayan Dağlıq Qarabağ rejimi qurulub.

2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-na keçən gecə Azərbaycan, Ermənistan, Rusiyanın birgə bəyanatı ilə rəsmiləşən atəşkəs razılaşması nəticəsində ərazilərin böyük qismi azad edilib.

Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır.

Laçın şəhəri və rayonun 6 kəndi atəşkəsə məsul Rusiya Ordusu bölmələrinin əlindədir.

Azad edilmiş sərhəd bölgələrində, o cümlədən Ermənistana bitişik Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər rayonlarında mühafizə sistemi gücləndirilir, bu proses sərhəd xəttini təyin edən xəritələr əsasında həyata keçirilir.

Müdaxilə iddialarına reaksiya

Prezident sərhəd gərginliyindən danışdı

Uşağa iş: Konstitusiya Məhkəməsi yeni qərar verdi

  • 18 May 2021
  • comments

Bahalaşma: Azərbaycan və yaxın ölkələr

  • 18 May 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ukraynaya dəstək fondu gündəmə gəlib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstanın xarici borcu

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

NATO başına çarə qılır – “Financial Times”

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Siyasi burulğan

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Ukraynaya dəstək fondu gündəmə gəlib

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ukraynaya dəstək fondu gündəmə gəlib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstanın xarici borcu

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

NATO başına çarə qılır – “Financial Times”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda