• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Araik Şuşa həndəvərində

  • 17 May 2021
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Azərbaycanın Yuxarı Qarabağ bölgəsindəki işğalçı rejimin başçısı Araik Arutunyan mayın 16-da “Təhlükəsizlik Şurasının katibi” Vitali Balasanyanla birgə Şuşanın Böyük Qaladərəsi, Kiçik Qaladərəsi, Sarıbaba kəndlərinə və Turşsu qəsəbəsinə baş çəkib. Novator.az bildirir ki, yayılan bilgiyə görə, Araik Arutunyan sakinlərlə görüşüb, məskunlaşma məsələlərini müzakirə edib. Laçın yolunun üstündəki bu ərazilərdə əhalinin sayını qaçqınların hesabına artırmaq nəzərdə tutulur.

1988-ci ildə Ermənistan Yuxarı Qarabağı ələ keçirmək üçün təcavüzə başlayıb. 1991-ci ildə Yuxarı Qarabağ erməniləri bölgəni “müstəqil dövlət” elan edib. Bunun ardınca müharibə alovlanıb, işğal başlayıb. 1994-cü ildə atəşkəslə dayanan müharibədə Ermənistan Yuxarı Qarabağı (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd rayonları və keçmiş Ağdərə rayonu), onun ətrafındakı bir çox bölgəni işğal edib.

2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda 5 şəhər, bir neçə qəsəbə, yüzlərlə kənd azad olunub.

Noyabrın 10-na keçən gecə hərbi əməliyyatlar dayandırılıb, Yuxarı Qarabağda təmas xətti və Laçın yolu boyu Rusiyanın sülhməramlı kontingenti yerləşdirilib, dekabrın 1-dək işğalçılar Azərbaycan ərazilərinin bir hissəsindən çıxıblar.

Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır.

Laçın şəhəri və rayonun 6 kəndi Rusiya Ordusu bölmələrinin əlindədir.

Şuşa şəhəri 2020-ci il noyabrın 8-də işğaldan azad edilib. Rayonun Daşaltı kəndi də Azərbaycanın əlindədir.

36 kənd (Göytala, Xanalı, Həsənabad, İmamqulular, Xəlfəli, Armudlu, Dükanlar, Qarabulaq, Laçınlar, Mirzələr, Şüşülü, Zamanpəyəsi, Böyük Qaladərəsi, Kiçik Qaladərəsi, Qaybalı, Xudaverdilər, Nağılar, Yuxarı Quşçular, Aşağı Quşçular, Malıbəyli, Sarıbaba, Onverst, Səfixanlar, Allahqulular, Həsənqulular, Xanlıqpəyə, Şırlan, Ağbulaq, Cəmillər, Çaykənd, İmanlar, Məmişlər, Paşalar, Turabxan, Zarıslı, Nəbilər), eləcə də Turşsu qəsəbəsi işğalda və Rusiya sülhməramlılarının nəzarətindədir.

1973-cü il təvəllüdlü Araik Arutunyan 2020-ci il mayın 21-dən işğalçı rejimə başçılıq edir.

Dünya, yaxın ölkələr, Azərbaycan…

  • 17 May 2021
  • comments

Hakimiyyətdə ilk gün (Arif Hacılı xatırlayır)

  • 17 May 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda