• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qarabağ Komitəsindən ittihamlar

  • 08 May 2021
  • comments
  • hikmet
  • Posted in Xəbər

Bir qrup ictimai-siyasi xadimi birləşdirən Qarabağ Komitəsi bəyanat yayıb. Novator.az-ın məlumatına görə, bəyanatda bildirilir ki, Azərbaycanın Yuxarı Qarabağ bölgəsində yerləşən Rusiya hərbçiləri beynəlxalq sülhyaratma missiyası ilə bir araya sığmayan fəaliyyətlə məşğul olur, Xankəndini və ətraf əraziləri qapalı məkana çevirir, qondarma terrorçu rejimin başçıları ilə birgə fəaliyyət göstərir.

Rusiya sülhməramlıları Ermənistandan Yuxarı Qarabağa 52 mindən çox erməni qaçqını gətirdikləri halda bir nəfər də olsun azərbaycanlı məcburi köçkünü Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və ətraf yaşayış məntəqələrinə yerləşdirməyiblər. Halbuki həmin ərazilərdəki bir çox kənd və qəsəbədə Qarabağ münaqişəsinə qədər yalnız azərbaycanlılar yaşayıblar.

Yuxarı Qarabağ ərazisi hələ də silahsızlaşdırılmayıb, Ermənistanın 20-25 minlik silahlı birləşmələri Xankəndidə və ətraf ərazilərdə qalır, onlar Rusiyanın yardımı ilə kazarma şəraitinə keçirilir, yenidən komplektləşdirilir və açıq şəkildə revanşa hazırlaşdırılır.

Rusiya Laçın dəhlizindən öz məqsədləri üçün istifadə edir, Yuxarı Qarabağ ərazisinə terrorçular və təxribatçılar daşıyır, humanitar yük adı altında hərbi ləvazimat və sursat gətirir.

Sülhməramlılar heç bir rəsmi statusa malik olmadıqları halda bütün addımları ilə Yuxarı Qarabağda öz mövcudluqlarını möhkəmləndirməyə çalışırlar və bölgədə rus hərbi administrasiyası formalaşdırırlar”.

Bəyanatda qeyd olunur ki, Azərbaycan xalqı mövcud vəziyyətlə heç vaxt barışmayacaq və bütün torpaqları üzərində suveren hüquqlarının bərpası üçün mübarizə aparacaq.

Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini ələ keçirib, ərazidə özünü müstəqil dövlət sayan Dağlıq Qarabağ rejimi qurulub.

2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun apardığı əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının, keçmiş Ağdərə rayonunun bir çox məntəqəsi azad olunub.

Noyabrın 10-na keçən gecə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin birgə bəyanat imzalayıblar. Hərbi əməliyyatlar dayandırılıb, Dağlıq Qarabağda təmas xətti və Laçın yolu boyu Rusiyanın sülhməramlı kontingenti yerləşdirilib. Bu kontingentin bölgədə qalma müddətinin 5 il olduğu açıqlanıb.

Dekabrın 1-dək Ağdam, Kəlbəcər, Laçın rayonları Azərbaycana qaytarılıb.

Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır.

Laçın şəhəri və rayonun 6 kəndi Rusiya Ordusu bölmələrinin əlindədir.

2021-ci il yanvarın 30-u Ağdam rayonunda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi açılıb. Qurum atəşkəsə nəzarət edir.

Virusun laboratoriyadan sızması yenə gündəmdədir &...

  • 08 May 2021
  • comments

Özünə oxşayırdı Musa Yaqub

  • 08 May 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq
  • Ordu
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda