• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Qarabağ”dan keçən yol

  • 07 May 2021
  • comments
  • hikmet
  • Posted in AktualManşetŞərh

UEFA Avropa Liqasının 2020-2021 mövsümündə Azərbaycanın “Qarabağ” komandası ilə eyni qrupda oynamış İspaniya “Vilyarreal”ı finala vəsiqə alıb, mayın 26-sı Polşanın Qdansk şəhərində “Mançester Yunayted”lə (İngiltərə) üz-üzə gələcək.

“Qarabağ” 2020-2021 mövsümünə Çempionlar Liqasından başlayıb, üçüncü mərhələdə uduzaraq Avropa Liqasına ələnib. Bu turnirin İ qrupunda “Qarabağ”a “Vilyarreal”la yanaşı İsrailin “Makkabi” (Tel-Əviv) və Türkiyənin “Sivasspor” klubları rəqib olub.

Hərbi vəziyyət üzündən “Qarabağ” 2020-ci ilin oktyabr, noyabr, dekabr aylarına düşən ev oyunlarını İstanbulda keçirib: “Vilyarreal”a (1:3) və “Sivasspor”a (2:3) uduzub, “Makkabi” ilə sülh bağlayıb (1:1).

Səfərdə “Makkabi”yə (0:1) və “Sivasspor”a (0:2) uduzan “Qarabağ” oyunçuları koronavirusa yoluxduğu üçün İspaniyaya gedə bilməyib, “Vilyarreal”a 3:0 hesablı texniki qələbə verilib.

Qrupu lider kimi tamamlayan “Vilyarreal” növbəti raundlarda “Zalsburq”u (Avstriya), Ukrayna və Xorvatiya “Dinamo”larını, “Arsenal”ı (İngiltərə) mübarizədən kənarlaşdırıb.

1923-cü ildə yaradılan “Vilyarreal” bir dəfə İspaniya çempionatında gümüş medallara sahib çıxıb. Komandanın beynəlxalq turnirlərdə titulu yoxdur.

“Qarabağ” 2014-2015, 2015-2016, 2016-2017, 2018-2019, 2019-2020 mövsümlərində də Avropa Liqasının qrup mərhələsində çıxış edib, 2017-2018 mövsümündə isə Çempionlar Liqasının qrup mərhələsində oynayıb. Novator.az bildirir ki, bu mövsümlərin 4-də qrupda “Qarabağ”a rəqib olmuş komandalardan biri finala qədər irəliləyib:

– Avropa Liqasının 2014-2015 mövsümündə “Qarabağ”la eyni qrupda yarışmış “Dnepr” (Ukrayna) komandası həmin mövsüm finala çıxıb;

– Çempionlar Liqasının 2017-2018 mövsümündə “Qarabağ”la eyni qrupda mübarizə aparmış “Atletiko” (İspaniya) Avropa Liqasına ələnib və finala çıxaraq turnirin qalibi olub;

– Avropa Liqasının 2018-2019 mövsümündə “Qarabağ”la eyni qrupda oynamış “Arsenal” (İngiltərə) komandası həmin mövsüm finala çıxa bilib;

– Avropa Liqasının 2019-2020 mövsümündə “Qarabağ”la eyni qrupda yer almış “Sevilya” (İspaniya) həmin mövsüm finala qədər gedərək zəfər kubokunu başı üzərinə qaldırıb.

Söz var, əməl yoxdur – “Sky News” nəhəngləri...

  • 07 May 2021
  • comments

Rəsmi nekroloq

  • 07 May 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • İdman

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda