• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Azad iqtisadi zona qanununda yeniliklər

  • 04 May 2021
  • comments
  • hikmet
  • Posted in Xəbər

Milli Məclisin 4 may iclasında “Ələt azad iqtisadi zonası haqqında” qanuna dəyişikliklər layihəsi ilk oxunuşda qəbul olunub. Novator.az bildirir ki, əsas yeniliklərdən biri qanunun Azad Zonada vergi tənzimlənməsi maddəsini əhatə edir. Dəyişikliyə görə, Azad Zona səlahiyyətli qurumu, Azad Zona inzibati müəssisələri və Azad Zona hüquqi şəxsləri Azad Zonadakı fəaliyyətlərinə aid olan bütün vergilərdən azaddırlar. Bu qurumlar və şəxslər əsas iqtisadiyyatın vergi ödəyiciləri ilə apardıqları əməliyyatlar üzrə onlara aparılan ödənişlərə görə ödəmə mənbəyində vergi tutmurlar. Azad Zonada fəaliyyət göstərən subyektlərə vergi güzəştləri yalnız Azad Zonada fəaliyyət göstərən, burada yeni dəyər yaradan, habelə ixrac yönümlü istehsal fəaliyyətini həyata keçirən şəxslərə şamil edilir.

Azad Zona rezidentlərinin, habelə Azad Zona səlahiyyətli qurumunun, Azad Zona inzibati müəssisələrinin və Azad Zona hüquqi şəxslərinin işçilərinin gəlirlərinə vergilərin tətbiqi və tutulması qaydasını Azad Zona səlahiyyətli qurumu daxili qaydalarla tənzimləyir.

Qanuna əlavə olunan yeni maddəyə əsasən, əsas iqtisadiyyata aid olan şəxslər Azad Zona səlahiyyətli qurumuna, Azad Zona inzibati müəssisələrinə və Azad Zona hüquqi şəxslərinə maliyyə bazarlarında xidmətlər göstərdikdə belə xidmətlər üzrə əsas iqtisadiyyata aid olan şəxslərə Azad Zonada mövcud olan tənzimləmə nəzərə alınmaqla əsas iqtisadiyyat qanunvericiliyinin müddəaları tətbiq edilir.

Başqa bir yeniliyə görə, Azad Zona səlahiyyətli qurumunun, Azad Zona inzibati müəssisələri və Azad Zona hüquqi şəxslərinin Azad Zonaya gətirdiyi və Azad Zonadan apardığı mallara, nəqliyyat vasitələrinə, işlərə və xidmətlərə görə gömrük rəsmiləşdirilməsi müqabilində ödənən yığımlardan başqa heç bir ödənişlər, o cümlədən vergilər tətbiq edilmir.

Mallar, nəqliyyat vasitələri, işlər və xidmətlər Azad Zonadan əsas iqtisadiyyata və əsas iqtisadiyyatdan Azad Zonaya gətirildikdə belə mallara, nəqliyyat vasitələrinə, işlərə və xidmətlərə əsas iqtisadiyyat qanunvericiliyinin müddəaları tətbiq edilir.

Ərdoğanla Putin Qara dəniz uğrunda mübarizə aparır

  • 04 May 2021
  • comments

Çempionlar Liqası: növbəti mövsümə kimlər çıxıb?

  • 04 May 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Bölgə
  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda