• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ölkədə mənzil təminatı: rəqəmlər nədən xəbər verir?

  • 03 May 2021
0
SHARES
FacebookTwitterPinterest

İqtisadçı Rövşən Ağayev Bakuresearchinstitute.org saytında bölgələr üzrə mənzil təminatı problemindən yazıb. Novator.az-ın məlumatına görə, ekspert qeyd edir ki, hər hansı bölgədə mənzil fondunun genişlənməsi sürətlə gedirsə, bu, məskunlaşma üçün cəlbediciliyi nümayiş etdirir: “Cəlbedicilik yalnız bölgənin təbii şərtləri ilə bağlı olmur. İqtisadi şərtlərin (iş yerləri və yüksək maaş imkanları, təhsil və sağlamlıq infrastrukturunun əlçatanlığı, keyfiyyətli nəqliyyat xidməti və kommunal xidmətlər…) mövcudluğu məskunlaşmaya daha həlledici təsir göstərir.

Daşınmaz əmlaka sərmayə qoyuluşunun iqtisadi baxımdan sərfəli olması da mənzil tikintisinin geniş vüsət almasını şərtləndirir. Məsələn, kirayə mənzillərə tələbatın böyük olduğu iri şəhərlərdə hətta kənarda yaşayan insanlar belə əllərindəki sərbəst kapitalı mənzil sektoruna investisiya edirlər.

Paytaxt və ətrafında mənzilə investisiya qoyuluşunu cəlbedici edən yalnız gəlir imkanı ilə bağlı deyil. Ölkənin bölgələrində daşınmaz əmlakı hətta banklar girov kimi də qəbul etmir, yalnız Abşeron yarımadasındakı mənzillərin kredit münasibətlərində iqtisadi dəyəri mövcuddur.

Mənzil tikintisində bölgələr arasında kəskin fərqlərin başqa bir mühüm səbəbi də var. Söhbət qeyri-rəsmi daxili miqrasiyanın böyük miqyasından gedir. Məsələn, Bakı, Sumqayıt və Abşeronda rayon qeydiyyatı ilə məskunlaşan insanlar da mənzil sahibi olurlar. Nəticədə faktiki yaşayış yerindən asılı olmayaraq rəsmi statistikada əhalinin dinamikasında baş verən dəyişikliklər qeydiyyat ərazisi üzrə, mənzil fondunun dinamikasında baş verən dəyişiklik isə tikintinin aparıldığı ərazi üzrə əks olunur. Bunun nəticəsidir ki, 2009-2020-ci illərdə Abşeron rayonu üzrə mənzil fondunun ümumi sahəsi 140%-ə yaxın genişləndiyi halda ölkə üzrə bu göstərici 24,5%, bir sıra bölgələr üzrə 10-20% intervalında dəyişib.

Şübhəsiz, Abşeron rayonu ərazisində rayon qeydiyyatı ilə məskunlaşan, yaxud məskunlaşmadan mənzil alışı bu göstəriciyə öz təsirini göstərib. Rəsmi statistikaya görə, 2009-2020-ci illərdə Abşeron rayonu üzrə əhalinin sayı cəmi 13% artdığı şəraitdə mənzil fondunun genişlənməsi 140%-dir. Həmin dövrdə Daşkəsən rayonu üzrə əhalinin sayının 8% artması müqabilində mənzil fondu cəmi 2% genişlənib.

Əhalinin 1000 nəfərinə düşən mənzillərin sayına görə ölkənin bölgələri arasında fərq 4 dəfədən bir qədər çoxdur. Ən yüksək göstərici Abşeron rayonu (553), Naftalan şəhəri (289), Göygöl rayonu (270), İsmayıllı rayonu (265) və Gəncə şəhərində (261) qeydə alınıb. Ən aşağı göstərici isə Lerik, Yardımlı, Qobustan, Cəlilabad, İmişli və başqa bölgələrdə rəsmiləşib. Əhalinin hər 1000 nəfərinə düşən mənzil sayına görə Azərbaycan üzrə orta göstərici 213 ədəddir. 33 bölgənin göstəricisi bu həddən yüksək, 24 bölgənin göstəricisi aşağıdır.

Mütləq ifadədə 2019-cu ilin yekunlarına görə, ölkədə təxminən 2 milyon 147 min mənzil olub, onların təxminən 36%-i Bakı, Sumqayıt və Abşeronun, 64%-i yerdə qalan bölgələrin payına düşür.

Açıq statistik mənbələrdə mənzillərin bölgələr üzrə sayına dair məlumatlar 2015-2019-cu illəri əhatə edir. 2015-2019-cu illərdə ölkə üzrə mənzillərin sayı 222 min ədəd və ya 11,5% artıb. Bu artımların təxminən 130 mini (59%-i) Bakı, Sumqayıt və Abşeronun hesabına təmin edilib. 4 ildə ölkənin regionlarında yeni istifadəyə verilən mənzillərin sayı paytaxt və Abşeron yarımadası ilə müqayisədə 30% az olub. Həmin dövrdə regionlar üzrə mənzil sayında ən yüksək artım İsmayıllı (29%), Gəncə (27%), Göyçay (23%), Qəbələ (17%) və Qubada (16%), ən aşağı artım isə Neftçala, Şamaxı, Ucar, Lerik, Ağdaş, Daşkəsən (hər biri üzrə 1%), Samux, Şəki, Beyləqan, Ağcabədi, Bərdə, Yevlax və Lənkəranda (hər biri üzrə 2%) qeydə alınıb.

Ölkənin rayon və şəhərləri üzrə mənzil fondunun həcminə dair açıq rəsmi statistik mənbələrdəki məlumatlar 2009-2020-ci illəri əhatə edir. Rəsmi statistikaya görə, 2009-2020-ci illərdə ölkə üzrə mənzil fondunun ümumi sahəsi 25% genişlənib, bu dövrdə əhali artımı 13% olub.

11 il ərzində mənzil fondunun ən aşağı templə artığı regionlar Sabran (1%), Lerik (2%), Ucar (2,3%), Daşkəsən (2,8%), Göyçay (6%) olub. Halbuki həmin dövrdə adıçəkilən rayonlar üzrə əhali artımı 8-17% intervalında dəyişib. Mənzil fondunun ən yüksək templə genişləndiyi əsas ərazilər Abşeron (137,4%), Naxçıvan Muxtar Respublikası (62,3%), İsmayıllı (52%), Yardımlı (48%), Sumqayıt (37%), Bakı (35%) olub. Bu bölgələr üzrə təhlil aparılan dövrdə qeydiyyatda olan əhali artımı isə 10,5-17,6% intervalında dəyişib.

Yaşayış sahəsinin adambaşına sahəsinə görə bölgələr arasında fərq 3,5 dəfədən bir qədər çoxdur. Məsələn, Abşeron rayonu üzrə bu göstərici 31,4 kvadratmetr, Samux rayonu üzrə 8,8 kvadratmetrdir. Ölkə üzrə yaşayış fondunun adambaşına sahəsi 13 kvadratmetr göstərilir.

Ən son statistikaya görə, ölkə üzrə bütün mənzil fondunun 44%-i 1 və 2 yaşayış otağından, 33,6%-i 3 yaşayış otağından, 22,4%-i isə 4 və daha çox yaşayış otağından ibarətdir. Bu göstəriciyə görə də bölgələr arasında ciddi fərqlər var. Ən çoxu 2 yaşayış otağından ibarət olan mənzillərin ümumi mənzil fondunda xüsusi çəkisi bölgələr üzrə belə dəyişir: Göyçay – 65%, Zərdab – 57%, Oğuz – 56%, Sumqayıt, Daşkəsən və Ağdaş – 55%, Şəki və Tərtər – 53%, Balakən və Şabran -30%, Xaçmaz və İmişli – 29%, Zərdab – 28%, Qusar – 20%, Masallı – 15%.

4 və daha çox yaşayış otağından ibarət olan mənzillərin ümumi mənzil fondunda xüsusi çəkisinin ən yüksək olduğu bölgələrə Qobustan (16%), Şamaxı (15%), İmişli (12%), Ağcabədi (10%), Şabran (9,7%), Şəmkir (9,5%), Oğuz (8,7%), Yardımlı (8,4%), Abşeron (8%) daxildir.

Çoxotaqlı (4 və daha çox) yaşayış otağından ibarət mənzillərin ümumi mənzil fondunda xüsusi çəkisinin ən aşağı olduğu bölgələr isə bunlardır: Xızı, Qazax, Daşkəsən, Siyəzən, Biləsuvar (1%-dən az), Kürdəmir, Ağdaş və Oğuz (1-2% intervalında)”.

Biri məlum

  • 03 May 2021

Manatın dörd aylıq xərci

  • 03 May 2021

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

İdarəçilikdə qadınlar

comments
ManşetŞərh

Konstitusiyadakı dilimiz

comments
Dünyanın səsiManşetXəbər

NATO-ya qoşulmaq yolu

comments
ManşetXəbər

“Neftçi”, “Zirə” və “Qəbələ”nin mümkün rəqibləri

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetXəbər

İdarəçilikdə qadınlar

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

İdarəçilikdə qadınlar

comments
ManşetŞərh

Konstitusiyadakı dilimiz

comments
Dünyanın səsiManşetXəbər

NATO-ya qoşulmaq yolu

comments
ManşetXəbər

“Neftçi”, “Zirə” və “Qəbələ”nin mümkün rəqibləri

comments
Dünyanın səsiManşetXəbər

Qərb Putinin nüvə zərbəsinə necə cavab verə bilər?

comments
ManşetTribunaYazarlar

İtmiş cazibə

comments
AktualManşetŞərh

Cib boşalır, büdcə dolur

comments
Dünyanın səsiManşetXəbər

Fransa: yeni hökumət qurulur

comments
Dünyanın səsiManşetXəbər

Harada neçə xəstə?

comments
ManşetXəbər

Əli Əliyevə yeni cəza gəlir?

comments
AktualManşetŞərh

Artımın astar üzü

comments
Dünyanın səsiManşetXəbər

Blinken: “Ukraynanın duruş gətirəcəyini bilirik”

comments
ManşetXəbər

Azərbaycan “Avroviziya” dolaşığında

comments
Dünyanın səsiManşetTribunaYazarlar

Baydenin uyğurlarla görüşündə nə baş verib? – “Vaşinqton Post”

comments
AktualManşetŞərh

Qıtlıq və bahalıq dalğası

comments
ManşetXəbər

Ümumi daxili məhsul nə qədər artıb?

comments
ManşetXəbər

Böyük liqanın komandaları

comments
AktualManşetŞərh

Əziyyətli ölkə

comments
ManşetTribunaYazarlar

Əsl sərvət

comments
ManşetTribunaYazarlar

Acizlik, cılızlıq

comments
ManşetXəbər

Yoluxma, itki, peyvənd

comments
Dünyanın səsiManşetXəbər

“Avroviziya 2022” nöqtəsi

comments
ManşetXəbər

“Bu siyasət atalarımızın vəsiyyətidir”

comments
ManşetTribunaYazarlar

Yaradanı yaradanlar

comments
Dünyanın səsiManşetXəbər

Nadir+ (Finalda çıxış ardıcıllığı)

comments
Dünyanın səsiManşetTribuna

“Vaşinqton Post” uyğur soyqırımında əli olan şirkətə cəza tələb edir

comments
AktualManşetXəbər

Klub turnirlərinin yeni formatı

comments
AktualManşetXəbər

İllər üzrə pensiyaçı sayı

comments
ManşetXəbər

Maddi təzminat tələbi qüvvədə qalır

comments
AktualManşetXəbər

İsa Qəmbər çağırışı

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda