• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Avrasiya İqtisadi İttifaqı bizə lazımdırmı?

  • 03 May 2021
  • comments
  • hikmet
  • Posted in ManşetŞərh

Aprelin 29-30-u Rusiyada, Tatarıstanın paytaxtı Kazanda Avrasiya İqtisadi İttifaqının Hökumətlərarası Şurasının toplantısı keçirilib.

Avrasiya İqtisadi İttifaqını 2014-cü ildə Rusiya, Qazaxıstan və Belarus yaradıb. 2015-ci ildə Ermənistan və Qırğızıstan da bu quruma daxil olublar.

Novator.az-ın məlumatına görə, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu yazır ki, Ermənistan və Rusiya mətbuatı Kazan toplantısına Azərbaycan nümayəndəsinin qatılmaq istədiyini, amma Ermənistanın buna veto qoyduğunu xəbər verib: “Rusiyanın faktiki rəhbərlik etdiyi ittifaqa Azərbaycanın daxil olmasını arzulamıram. Bu, siyasi cəhətdən yanlışlıq olar, iqtisadi suverenliyimizə də xələl gətirər, təhlükə və riskləri artırar.

İkincisi, bu ittifaq regional təşkilat olaraq özünü doğrultmayıb, ildən ilə daha pis nəticələrə imza atır. 2020-ci ildə Avrasiya İqtisadi İttifaqının üzv ölkələri arasında ticarət dövriyyəsi 12,3 faiz azalıb.

Üçüncüsü, Avrasiya İqtisadi İttifaqına üzvlük Rusiyada qazanc dalınca gedən miqrantlara heç bir imtiyaz vəd etmir. Bununla Rusiyada yaşayan soydaşlarımızın problemlərini həll etmək mümkün deyil.

Nəhayət, Avrasiya İqtisadi İttifaqına üzvlük Azərbaycanın Avropaya inteqrasiya istiqamətində fəaliyyətinə çətinliklər yaradacaq, Avropa İttifaqı ilə dərin və hərtərəfli azad ticarət sazişinin imzalanmasına əngəllər törədəcək, bu da ölkəmizin beynəlxalq investisiya və ticarət əməkdaşlığından və inteqrasiyasından faydalarını azaldacaq.

Hazırkı dövrdə milli iqtisadiyyatın modernləşdirilməsi və rəqabət qabiliyyətinin artırılması mümkün deyil. Azərbaycan Porterin məşhur 4 mərhələli inkişafının resurs və investisiya pillələri arasında qalacaq, innovasiya və sərvət pillələri bizim üçün əlçatmaz olacaq. Belə olanda da Avrasiya İqtisadi İttifaqı bizə lazımdırmı? Əlbəttə, yox!”

Ağıllı sistem zərurəti

  • 03 May 2021
  • comments

Açıq hökumət sorğu-sualı

  • 03 May 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Dünyanı zəbt eləyən yumşaq güc

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Fələstinə dəstəyin cəzası var

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Media bayramına sözardı

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Yeni nəsil “Alo” demir ki… – “Business İnsider”

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət
  • Sosial

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Dünyanı zəbt eləyən yumşaq güc

Son materiallar

comments
ManşetTribunaYazarlar

Dünyanı zəbt eləyən yumşaq güc

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Fələstinə dəstəyin cəzası var

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Media bayramına sözardı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda