Gənclər və idman naziri Azad Rəhimov vəfat edib. Məlumatı nazirliyin mətbuat xidmətinin rəhbəri aprelin 30-da yayıb.
Azad Rəhimov bir müddətdir ağır xərçəng xəstəliyindən müalicə olunurdu.
Novator.az bildirir ki, Azad Arif oğlu Rəhimov 1964-cü il oktyabrın 8-də Bakı şəhərində doğulub. Azərbaycan Dillər Universitetini ingilis dili müəllimi ixtisası üzrə bitirib.
Xətai Rayon Komsomol Komitəsində şöbə müdiri, Azərbaycan Gənclər Təşkilatları Komitəsinin sədri vəzifəsində işləyib. “Ros-İMESKO” Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktoru, “İtaldizayn” Qapalı Tipli Səhmdar Cəmiyyətin baş direktoru olub.
7 fevral 2006-cı ildə gənclər və idman naziri təyin edilib.
“Şöhrət”, 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri laureatıdır.
Allah rəhmət eləsin!