• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yuxarı Qarabağ azərbaycanlılarının təşkilatı adını dəyişdi

  • 30 Aprel 2021
  • comments
  • hikmet
  • Posted in Xəbər

“Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi buraxılıb. Qurumun ictimaiyyətə müraciətində qeyd olunur ki, 2006-cı ildə rəsmi qeydiyyata alınmış ictimai birlik fəaliyyəti dövründə Azərbaycan torpaqlarının işğalı, azərbaycanlıların ata-baba yurdlarından qovularaq etnik təmizləməyə, soyqırımına məruz qalması, ölkənin mədəni və dini irsinin dağıdılmasının işıqlandırılmasında, Ermənistanın işğalçı siyasətinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində aktiv fəaliyyət aparıb.

Bəyanatda 2020-ci ilin Vətən müharibəsi dövründə Qarabağın işğaldan azad edildiyi, milyonlarla insanın vətən həsrətinə son qoyulduğu, ölkənin ərazi bütövlüyünün bərpa olunduğu vurğulanır: “Həm Azərbaycan, həm də onun tərkib hissəsi olan Qarabağ yeni tarixi mərhələyə qədəm qoyub. Artıq “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi və onun statusu anlayışı yoxdur. Çoxmillətli və multikultural ölkəmizdə yaşayan bütün milli azlıqlar kimi ermənilər də Azərbaycanda fərdi vətəndaşlar olaraq sərbəst şəkildə yaşayacaqlar.

Vətən müharibəsindən sonra yaranmış yeni reallıqda “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” və “Dağlıq Qarabağ bölgəsinin erməni icması” anlayışları öz aktuallığını və ictimai əhəmiyyətlərini itirib. Bütün bunları nəzərə alaraq “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin İdarə Heyəti 30 aprel 2021-ci ildə iclas keçirərək təşkilatın buraxılmasına, “Qarabağa dönüş” adlı ictimai birliyin yaradılmasına qərar verib”.

Novator.az bildirir ki, 1992-ci ildən Dağlıq Qarabağın azərbaycanlı icmasına Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Nizami Bəhmənov (2008-ci ildə dünyasını dəyişib) rəhbərlik edib.

2006-cı ildə icmanın rəsmi ictimai birliyi yaradılıb.

2009-cu ildə “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi yenidən qurulub, İdarə Heyətinə əvvəlcə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov sədrlik edib.

2018-ci il dekabrın 20-də Tural Gəncəliyev sədr seçilib. Hazırda o, Xankəndi seçki dairəsindən Milli Məclisin deputatıdır.

İdarə Heyətində Bayram Səfərov, Dövlət İdarəçilik Akademiyasının professoru Elçin Əhmədov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Milli Məclisin deputatı Elman Məmmədov, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, Azərbaycan Dövlət Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla və başqa şəxslər yer alıb.

İctimai birliyin qərargahı Bakının Nərimanov rayonunda, Şuşa Rayon İcra Hakimiyyətinin binasında yerləşib.

Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini ələ keçirib.

2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-da əldə olunan atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam və Kəlbəcər rayonları tam, Şuşa, Laçın, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad edilib.

Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır.

Laçın şəhəri və rayonun 6 kəndi bölgədə atəşkəsi qorumağa məsul olan Rusiya Ordusu bölmələrinin nəzarətindədir.

Ən populyar 20 ad

  • 30 Aprel 2021
  • comments

Pambıq mahlıcı, qızıl, xurma…

  • 30 Aprel 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Bölgə
  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda