• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Hakimiyyətə islahat təklifləri verilib

  • 28 Aprel 2021
  • comments
  • hikmet
  • Posted in Şərh

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn “525-ci qəzet”in suallarını cavablandırıb. Novator.az-ın məlumatına görə, Prezident Administrasiyasının siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin partiya sədrləri ilə 2020-ci ildən bəri keçirilən görüşlərinə toxunan Pənah Hüseyn deyib: “Bu proses bəzən təqdim olunduğu kimi iqtidar-müxalifət dialoqu yox, hakimiyyətin rəsmi dövlət qeydiyyatında olan siyasi partiyalarla dialoqudur. Məsələnin iqtidar-müxalifət dialoqu kimi təqdimatı prosesə mane olan yersiz diskussiyalara, fərqli dəyərləndirmələrə gətirir.

Proses, əlbəttə, iqtidar-müxalifət təmaslarının, dialoqunun, yetərli, əhatəli olmasa da, bir forması kimi çıxış edir. Ötən il prezident İlham Əliyev prosesin onun mandatı ilə başlandığını açıqladıqdan sonra bu prosesin siyasi statusu müəyyənləşdirdi. Prosesin yetərli və əhatəli siyasi dialoqa çevrilməsi və ictimai rəydə tam bu cür də qavranılması üçün səylərin davam etdirilməsinə ehtiyac qalsa da, mən ümumən bu sahədəki hərəkətlərin pozitiv istiqamətdə hərəkət olması qənaətindəyəm.

Ötən ilin əvvəlindən başlayaraq Prezident Administrasiyasının siyasi partiyalarla işə məsul olan şöbəsinin xətti ilə keçirilən ikitərəfli və çoxtərəfli görüşlər, konfranslar və başqa tədbirlər, bu tədbirlərdə ictimai-siyasi, sosial, təhlükəsizlik məsələləri ətrafında müzakirələrin, fikir, informasiya mübadiləsinin aparılması praktikası, siyasi partiyalarla bir növ “qaynar xətt” yaradılması praktikasının tətbiqi, habelə həm də bu prosesin nəticəsi olaraq bir sıra partiyaların dövlət qeydiyyatına alınması, onların ofis probleminin həlli Azərbaycan cəmiyyətində yeni, sivil siyasi münasibətlərin formalaşdırılması istiqamətində pozitiv nəticələrdir. Münasibətlərdə siyasi-psixoloji yadlaşma dərəcəsi aşağı düşüb”.

Pənah Hüseyn ölkədə köklü siyasi islahatların aparılmasını vacib saydığını vurğulayıb: “Dialoq prosesində iştirakımın səbəblərinin biri də budur. Proses genişləndirilməli və dərinləşdirilməlidir ki, yetərli və əhatəli siyasi dialoq mərhələsinə keçsin. Vətən müharibəsində qələbə Azərbaycanda köklü, inqilabi islahatlar vasitəsilə tam yeni inkişaf mərhələsinə keçid üçün əlverişli mühit, şərait yaradıb və bundan istifadə olunmalıdır.

Dialoq prosesi çərçivəsində 12 siyasi partiyanın bəyəndiyi “Köklü islahatlarla dəyişikliyə doğru” platforması müzakirəyə təqdim olunub. Platforma-proqramda yeni siyasi reallıqlara uyğun konstitusiyanın, hərbi doktrinanın, təhlükəsizlik konsepsiyasının və korrupsiyaya qarşı mübarizə konsepsiyasının hazırlanıb qəbul edilməsi, seçki islahatının aparılması və azad, ədalətli seçkilər vasitəsilə yüksək ictimai etimadlı parlament və digər seçkili hakimiyyət orqanlarının formalaşdırılması, sərbəst toplaşma, ifadə, birləşmə azadlıqlarının təminatının yüksəldilməsi, əhatəli və yetərli siyasi dialoq mühitin yaradılması, siyasi məhbus problemi deyilən məsələnin birdəfəlik həlli kimi təkliflər əks olunub”.

1957-ci il təvəllüdlü Pənah Hüseyn milli azadlıq hərəkatının liderlərindəndir. Əbülfəz Elçibəyin prezidentliyi zamanı (1992-1993) əvvəl dövlət katibi, sonra baş nazir postlarını tutub. 2005-2010-cu illərdə Milli Məclisin deputatı olub.

Azərbaycan Xalq Partiyası 1998-ci ildən dövlət qeydiyyatındadır.

İşğal ordusu

  • 28 Aprel 2021
  • comments

İstefada və iş başında

  • 28 Aprel 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Niyə Moskva müharibə təbliğatında sovet obrazlarından istifadə edir?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

ABŞ prezidentləri

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Niyə Moskva müharibə təbliğatında sovet obrazlarından istifadə edir?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda