• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

BMT ekspertləri Hüseyn Abdullayevə azadlıq istəyir

  • 28 Aprel 2021
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

BMT-nin insan hüquqları üzrə ekspertləri sabiq deputat Hüseyn Abdullayevin həbsdən buraxılmasını tələb edir. “Turan”ın məlumatına görə, rəy aprelin 27-si BMT-nin İnsan Hüquqları Ali Komissarlığının saytında dərc olunub. Sənəddə Hüseyn Abdullayevin Türkiyədə tutularaq Azərbaycana göndərilməsinin, məhkum edilməsinin qanunsuz olduğu vurğulanır, məhbusun müxtəlif xəstəliklərdən, o cümlədən yüksək arterial təzyiqdən, ağır formalı nevrozdan əziyyət çəkdiyi bildirilir.

1967-ci il təvəllüdlü Hüseyn Abdullayev bir vaxtlar Yeni Azərbaycan Partiyası hakimiyyətinə yaxınlığı ilə tanınıb.

2005-ci ildə 25 saylı Nizami seçki dairəsindən (Bakı) deputat seçilib. Milli Məclisin 2007-ci il martın 16-da keçirilən iclasında onun deputat Fəzail Ağamalı ilə davası düşüb. Martın 19-da Milli Məclis Hüseyn Abdullayevin deputat toxunulmazlığını ləğv edib. Ona xuliqanlıq və döymə ittihamları ilə cinayət işi qaldırılıb. Həmin gün Nəsimi Rayon Məhkəməsi Hüseyn Abdullayev haqda iki aylıq həbs qətimkan tədbiri seçib. Mayın 18-də Səbail Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzası alan Hüseyn Abdullayev azadlığa buraxılıb və deputatlıqdan məhrum edilib.

2012-ci ildə Hüseyn Abdullayev Almaniyaya mühacirət edib və Azərbaycan hakimiyyətinə qarşı sərt çıxışlara başlayıb.

2013-cü ildə Azərbaycanda Hüseyn Abdullayevə vergidən yayınma ittihamı ilə cinayət işi başlanıb və o, beynəlxalq axtarışa verilib.

2016-cı ildə ona qanunsuz sahibkarlıq, 2018-ci ildə dələduzluq və hədə-qorxu ilə tələb etmə ittihamları da irəli sürülüb.

2018-ci ilin aprelində sabiq deputat Türkiyədə tutularaq ölkəyə gətirilib.

2019-cu il oktyabrın 1-də Bakı Hərbi Məhkəməsi Hüseyn Abdullayevə 6 il azadlıqdan məhrumetmə cəzası kəsib.

Bakıdakı 10 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan Hüseyn Abdullayev aprelin 22-də Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb. Vəkilləri onun səhhətinin ağır olduğunu bildirir, Mərkəzi Klinik Xəstəxanaya yerləşdiliməsini istəyir.

Siftədə sülh

  • 28 Aprel 2021
  • comments

Əli Kərimli Gözəl Bayramlıdan yazıb

  • 28 Aprel 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistan parlamentində qüvvələr nisbəti

GLOBALS:0
comments
Xəbər

Əhalinin təbii artımı 13,2 faiz azalıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ukrayna hökuməti yenilənir

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstan mənfi saldoda

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Ermənistan parlamentində qüvvələr nisbəti

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistan parlamentində qüvvələr nisbəti

GLOBALS:0
comments
Xəbər

Əhalinin təbii artımı 13,2 faiz azalıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ukrayna hökuməti yenilənir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda