• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

ABŞ-dan zəng, prezidentdən irad

  • 28 Aprel 2021
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiManşetXəbər

Azərbaycan prezidentinin mətbuat xidmətinin məlumatına görə, aprelin 28-də ABŞ dövlət katibi Entoni Blinken İlham Əliyevə zəng edib: “Telefon söhbətində dövlət katibi Azərbaycan-ABŞ münasibətlərinin inkişafına toxunaraq əlaqələrin daha da möhkəmləndirilməsinin önəmini bildirib, enerji təhlükəsizliyi, regional təhlükəsizlik sahələrində əməkdaşlığı qeyd edərək Cənub Qaz Dəhlizi layihəsinin uğurla icra edilməsinin əhəmiyyətini vurğulayıb, Azərbaycanın Əfqanıstanda sülhməramlı missiyada iştirakını yüksək qiymətləndirib.

İlham Əliyev Azərbaycan-ABŞ əlaqələrinin zəngin tarixə malik olduğunu qeyd edib, Cənub Qaz Dəhlizi layihəsinin icrasına verilən dəstəyə görə ABŞ hökumətinə təşəkkürünü çatdırıb.

Söhbət zamanı Ermənistan-Azərbaycan müharibəsindən sonrakı vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. Prezident Azərbaycanın mövqeyini çatdırıb, ermənilərin dağıtdığı ərazilərdə bərpa işlərinin həyata keçirildiyini qeyd edib.

Regionda kommunikasiyaların açılmasının önəmini vurğulayan prezident Azərbaycanın uzunmüddətli sülhün təmin edilməsi ilə bağlı mövqeyini diqqətə çatdırıb, ATƏT-in Minsk qrupunun gələcək fəaliyyəti ilə bağlı da fikir mübadiləsi aparıb.

Telefon danışığı zamanı tərəflər Azərbaycanda demokratik proseslərin inkişafı, insan haqlarının təmin olunması, siyasi plüralizmin qorunması və təmin edilməsinin önəmini vurğulayıblar.

Entoni Blinken Azadlığa Dəstək Aktında Azərbaycana birbaşa dövlət yardımını yasaqlayan 907-ci düzəlişin bu il də müvəqqəti dayandırıldığını qeyd edib.

Azərbaycan prezidenti ABŞ prezidentinin dırnaqarası erməni soyqırımı ilə bağlı 24 aprel bəyanatına toxunaraq qeyd edib ki, Türkiyə Azərbaycanın yaxın dostu və müttəfiqidir, postmüharibə dövründə bölgədə çox önəmli və müsbət rol oynayır və ABŞ prezidentinin bu açıqlaması Azərbaycanda narahatlıqla qarşılanıb”.

AXCP üzvünə iş kəsildi

  • 28 Aprel 2021
  • comments

Demokratiya hesabatı, Azərbaycanın yeri

  • 29 Aprel 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda