• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

MSK üzvləri seçildi

  • 27 Aprel 2021
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Aprelin 27-də parlament Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlərini seçib, 18 nəfərlik qurumda 6 yeri parlamentdəki çoxluq partiyasının, 6 yeri azlıq partiyalarının, 6 yeri partiyasız deputatların təqdim etdiyi nümayəndələr tutub.

Novator.az bildirir ki, Yeni Azərbaycan Partiyasını MSK-da Məzahir Pənahov, Rövzət Qasımov, Şaitdin Əliyev, Ramiz İbrahimov, Validə Kazımova və Hüseyn Paşayev təmsil edəcək.

Azlıq partiyalarının nümayəndələri Mikayıl Rəhimov, Bəxşeyiş Əsgərov, Tofiq Həsənov, Almas Qəhrəmanlı, Etibar Quliyev və İlkin Şahbazovdur.

Partiyasız deputatlar MSK-ya Arifə Muxtarova, Fuad Cavadov, İlham Məmmədov, Nizami Nadirxanlı, Qabil Orucov və Nailə Əsgərovanı göndərib.

MSK-ya 2000-ci ildən Məzahir Pənahov sədrlik edir.

Onun sədrliyi ilə 13 seçki, 3 referendum keçirilib.

2000-ci il noyabrın 5-də, 2005-ci il noyabrın 6-da, 2010-cu il noyabrın 7-də, 2015-ci il noyabrın 1-də və 2020-ci il fevralın 9-da parlament seçkiləri olub.

Onun dövründəki prezident seçkiləri 2003-cü il oktyabrın 15-nə, 2008-ci il oktyabrın 15-nə, 2013-cü il oktyabrın 9-na və 2018-ci il aprelin 11-nə düşüb.

Məzahir Pənahovla bələdiyyə seçkiləri bu tarixlərdə olub: 17 dekabr 2004-cü il, 23 dekabr 2009-cu il, 23 dekabr 2014-cü il, 23 dekabr 2019-cu il.

2002-ci ilin 24 avqust, 2009-cu ilin 18 mart və 2016-cı ilin 26 sentyabr referendumları da Məzahir Pənahovun MSK-ya rəhbərliyi ilə baş tutub.

2020-ci ildə formalaşan Milli Məclisin hazırda 120 deputatı var. Yeni Azərbaycan Partiyası 70, Vətəndaş Həmrəyliyi Partiyası 3, Respublikaçı Alternativ Partiyası, Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Ana Vətən Partiyası, Milli Cəbhə Partiyası, Vəhdət Partiyası, Vətəndaş Birliyi Partiyası, Demokratik Maarifçilik Partiyası hərəyə 1 mandatla təmsil olunur. 38 deputat partiyasızdır.

Rasmussen: “Rusiyanı cəzalandıra bilməsək, bu hadi...

  • 27 Aprel 2021
  • comments

Şəmkirin icra başçısı işdən götürüldü

  • 27 Aprel 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda