• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Bəhanə olmasın

  • 27 Aprel 2021
  • comments
  • hikmet
  • Posted in AktualDünyanın səsiManşetŞərh

Siyasətçi, AXCP üzvü Fuad Qəhrəmanlı hesab edir ki, prezident Cozef Baydenin “soyqırımı” bəyanatı ABŞ-Türkiyə münasibətlərində böhran yaratmayacaq.

Aprelin 24-də ABŞ prezidenti XX əsrdə, Osmanlı İmperiyasının son çağlarında baş verən toqquşmalar zamanı ermənilərin üzləşdiyi hadisələri “soyqırımı” kimi qiymətləndirib.

Saxta soyqırımı iddialarına əsasən, 1915-ci il aprelin 24-dən başlayaraq 1923-cü ilə kimi Türkiyədə 1 milyon 500 min nəfər erməni öldürülüb. Bu iddiaları indiyədək bir çox ölkənin (Almaniya, Avstriya, Belçika, Çexiya, Danimarka, Fransa, İsveç, İsveçrə, İtaliya, Kipr, Litva, Lüksemburq, Niderland, Polşa, Portuqaliya, Rusiya, Slovakiya, Vatikan, Yunanıstan, ABŞ, Kanada, Argentina, Boliviya, Braziliya, Çili, Paraqvay, Uruqvay, Venesuela, Livan, Suriya və s.) qanunverici orqanları, bəzi beynəlxalq qurumlar tanıyıb.

Novator.az-ın məlumatına görə, Fuad Qəhrəmanlı yazır ki, Türkiyə rəhbərliyinin məsələyə təmkinli reaksiyası bu ölkənin öz ənənəvi siyasi oriyentasiyasında qalacağını göstərir: “Baydenin “soyqırımı” ifadəsi iki ölkənin əməkdaşlığı üçün hüquqi və siyasi məhdudiyyətlər yaratmır. Bu ifadə daha çox ABŞ-ın daxili siyasətinin tələbi olaraq işlədilib və xarici siyasət strategiyasını müəyyənləşdirmir. ABŞ prezidentinin bəyanatında saxta soyqırımına tarixi aspektdən yanaşma ifadə olunur və məsələyə görə indiki Türkiyənin üzərinə məsuliyyət qoyulmur.

ABŞ üçün Türkiyənin strateji önəmi “soyqırımı” ifadəsindən çox irəlidədir. Zənnimcə, ABŞ Baydenin bəyanatı fonunda münasibətlərin zərər görməməsi üçün Türkiyəyə bir sıra güzəştlər edəcək. 24 aprel açıqlamasından öncə Baydenin Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğana zəng edib danışması qarşı Ankaranın etirazını yumşaltmaq cəhdi hesab oluna bilər. Türkiyə ABŞ-ın kürd qruplaşmalarına dəstəyini durdura və Suriya məsələsində Rusiyaya qarşı dəstəyini ala bilsə, o zaman “soyqırımı” bəyanatı kölgədə qalacaq.

ABŞ-la strateji əməkdaşlıq Türkiyə üçün vacib seçimdir. Türkiyə saxta soyqırımı ilə bağlı qanunlar qəbul etmiş onlarca ölkə ilə hərtərəfli əməkdaşlıq edir. Şərqdə, Qafqazda və Qara dəniz hövzəsində Rusiya ilə rəqabətə girən Türkiyənin müqavimət gücü ABŞ-la müttəfiqlik münasibətlərindən çox asılıdır. Rusiyanın son illər bu münasibətləri zədələmək üçün çox çalışması sirr deyil.

Bütün bunları nəzərə alaraq Azərbaycanda ictimai rəyin anti-Qərb ovqatına köklənməsi cəhdləri milli maraqlarımıza qətiyyən uyğun deyil. Bu məsələdə hakimiyyətin əsas marağı Qərbdən gələn demokratiya tələblərini gözdən salmaq və Rusiya meyilli siyasətə görə ictimai qınağın qarşısını almaqdır.

Rusiya Avropaya inteqrasiya siyasətini bu yolla gözdən salıb Azərbaycanı öz iradəsinə daha çox tabe etdirmək marağındadır. Ona görə də qardaş Türkiyə ilə təqdir olunası mənəvi həmrəyliyimizi anti-Qərb ritorikası ilə milli maraqlarımıza zidd istiqamətə yönəltməməliyik. Milli maraqlarımıza əsas strateji təhlükə hələ 1995-ci ildə soyqırımı iddialarını qanunla tanıyan Rusiyanın Dağlıq Qarabağa ikinci erməni dövləti yaratmaq siyasətindən və “sülhməramlı” adı altında ölkəmizdə hərbi baza yaratmaq istəyindən gəlir”.

Azərbaycan ABŞ-ı xəbərdar edir

Bayden “soyqırımı” dedi

Azərbaycanın ABŞ-a rəsmi etirazı

“Bayden erməni diasporunun “4T” hədəfinə yaşıl işıq yandırdı”

“Erməni məsələsi” Ağ evə necə ayaq açıb? – “Habertürk”

Dəli oynatmaq

ADR Hərəkatından etiraz, sədrdən təklif

Ağ ev Ərdoğanı niyə qaralayıb? – “NBC News”

Bayden ermənilərə nə vəd etmişdi? Bir il qabaqkı bəyanatın mətni

“Erməni soyqırımı” – 103 yaşlı siyasi oyun aləti

Oqtay Gülalıyevin oğlu açıqlama yayıb

  • 27 Aprel 2021
  • comments

Prezidentdən tapşırıqlar və yeni qərar

  • 27 Aprel 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda