• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Parad hazırlığına etiraz

  • 20 Aprel 2021
  • comments
  • hikmet
  • Posted in ManşetŞərh

Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya Ordusu bölmələri mayın 9-da təntənəli yürüş keçirməyə hazırlaşır.

Alman faşizmi üzərində 1945-ci il mayın 9-da əldə olunmuş qələbəyə həsr edilən yürüşün məşqləri Xocalıdakı hava limanında keçirilir. Məşqlərə 400-ə yaxın hərbi qulluqçu qatılır.

Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini ələ keçirib, ərazidə özünü müstəqil dövlət sayan Dağlıq Qarabağ rejimi qurulub.

2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun apardığı əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının, keçmiş Ağdərə rayonunun bir çox məntəqəsi azad olunub.

Noyabrın 10-na keçən gecə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin birgə bəyanat imzalayıblar. Hərbi əməliyyatlar dayandırılıb, Dağlıq Qarabağda təmas xətti və Laçın yolu boyu Rusiyanın sülhməramlı kontingenti yerləşdirilib. Bu kontingentin odlu silahlarla silahlanmış 1960 hərbi qulluqçudan, 90 hərbi zirehli texnikadan, 380 ədəd avtomobildən və xüsusi texnikadan ibarət, bölgədə qalma müddətinin 5 il olduğu açıqlanıb.

Dekabrın 1-dək Ağdam, Kəlbəcər, Laçın rayonları Azərbaycana qaytarılıb.

Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır.

Laçın şəhəri və rayonun 6 kəndi Rusiya Ordusu bölmələrinin əlindədir.

Novator.az-ın məlumatına görə, özünün “Facebook” səhifəsində şərh yayan AXCP sədri Əli Kərimli Rusiya sülhməramlılarının Qarabağda təntənəli yürüş keçirmək niyyətini güc nümayişi kimi qiymətləndirib: “Keçirilmə səbəbi nə olur olsun, hərbi parad güc nümayişi, əzələ göstərməkdir. Sülhməramlı missiya ilə güc nümayişi isə bir araya sığmır. “Sülhməramlı” adı altında Qarabağa qayıtmış Rusiya Ordusu Xankəndidə hərbi parada hazırlaşır. İlham Əliyev özündə güc tapıb Rusiya rəhbərliyinə xatırlatmalıdır ki, onların Qarabağda hərbi bazası yoxdur, Qarabağa sülhməramlı kimi müvəqqəti gəliblər, gedəcəklər. Xankəndidə parad keçirmək – güc nümayiş etdirmək onların rəsmi missiyasına ziddir. Belə getsə, bu “sülhməramlılar” vaxtından əvvəl ölkəmizdən çıxarılacaq”.

Gənclərdə pandemiya yorğunluğu – “Deutsche W...

  • 20 Aprel 2021
  • comments

Türkiyəli sürücülər nədən gileylənir?

  • 20 Aprel 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Hüquq
  • Ordu
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda