Mərkəzi qərargahı Fransanın paytaxtı Parisdə olan “Sərhədsiz reportyorlar” beynəlxalq təşkilatı media azadlığı reytinqi açıqlayıb. Azərbaycan 180 ölkəlik siyahıda 167-ci yerdə göstərilir.
Novator.az-ın məlumatına görə, Estoniya 15-ci, Latviya 22-ci, Litva 28-ci, Gürcüstan 60-cı, Ermənistan 63-cü, Qırğızıstan 79-cu, Moldova 89-cu, Ukrayna 97-ci, Rusiya 150-ci, Türkiyə 153-cü, Qazaxıstan 155-ci, Özbəkistan 157-ci, Belarus 158-ci, Tacikistan 162-ci, İran 174-cü, Türkmənistan 178-cidir.
Reytinqə Norveç başçılıq edir, siyahını Eritreya qapayır.
1985-ci ildə yaradılan “Sərhədsiz reportyorlar” təşkilatı 2002-ci ildən media azadlığı reytinqi tərtib edir.
2002-ci ilin hesabatında Azərbaycan 101-ci yerdə olub. 2003-cü ildə ölkə 113-cü yerə, 2004-cü ildə 136-cı yerə, 2005-ci ildə 141-ci yerə geriləyib.
2006-cı ilin reytinqində Azərbaycan 135-ci yerdə göstərilib. 2007-ci ildə ölkə 139-cu yerdə, 2008-ci ildə 150-ci yerdə, 2009-cu ildə 146-cı yerdə, 2010-cu ildə 152-ci yerdə, 2011-2012-ci illərdə 162-ci yerdə qərar tutub.
2013-cü ildə Azərbaycan 156-cı yerdə olub, 2014-cü ilin reytinqində 160-cı, 2015-ci ilin reytinqində 162-ci, 2016-cı ilin reytinqində 163-cü yerə düşüb.
2017-ci ildə Azərbaycan 162-ci olub, 2018-ci ilin hesabatında 163-cü pillədə, 2019-cu ilin hesabatında 166-cı pillədə yer alıb.
2020-ci ilin hesabatında Azərbaycan 168-ci yerdə idi.