• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Üsyanın şərhi

  • 19 Aprel 2021
  • comments
  • hikmet
  • Posted in ManşetŞərh

Avropanın 12 məşhur futbol klubu – İngiltərənin “Liverpul”, “Mançester Yunayted”, “Çelsi”, “Arsenal”, “Tottenhem”, “Mançester Siti”, İspaniyanın “Real”, “Barselona”, “Atletiko”, İtaliyanın “Milan”, “İnter”, “Yuventus” komandaları aprelin 18-də Superliqa təsis edib. Onlar yeni turnir keçirməyi nəzərdə tutur. Layihəyə görə, 20 komandalıq turnirdə qrup mərhələsi (hər birində 10 komanda olan 2 qrup), dörddə bir final, yarımfinal, final raundları olacaq. İlk turnirə 2021-ci ilin avqust ayında start vermək nəzərdə tutulur.

Qitənin klub turnirlərinə (Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqası) sahiblik edən Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA), eləcə də ali futbol qurumu olan Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA), həmçinin Avropa Klubları Assosiasiyası Superliqa qərarını kəskin pisləyib. Təsisçi klublara ağır sanksiyalar tətbiq olunacağı bildirilir.

Futbol icmalçısı Rasim Mövsümzadə Novator.az-a deyib ki, Avropada Superliqanın yaradılması ideyası çoxdan vardı: “Fikrimcə, FİFA və UEFA vəziyyətin bu həddə çatmasına imkan verməməli, özləri, məsələn, ABŞ-dakı Milli Basketbol Assosiasiyasına bənzər liqa yaratmalı idilər. Məşhur klublar dünya və qitə futbol qurumlarına düşünmək, əməli addımlar atmaq üçün kifayət qədər vaxt və şans vermişdilər. Amma məsələnin uzanması, digər tərəfdən də koronavirus pandemiyasının futbol təsərrüfatına vurduğu ziyan vəziyyətin bu həddə çatmasına, beynəlxalq qurumlardan kənar qərar verilməsinə səbəb oldu.

Böyük sponsorlar turnirlərə məhz aparıcı komandalara görə pul buraxırsa, əksər azarkeşlər məhz onlara görə oyunları izləyirsə, həmin klubların daha çox qazanmaq istəyi normal deyilmi?

Komanda və futbolçularının sanksiyalara məruz qalacağını nəzər alaraq, fikrimcə, üsyançılar yenə də FİFA və UEFA ilə razılığa gəlməyə çalışacaqlar. İstənilən halda, dünya və qitə futbol qurumlarının himayəsi altında olsa belə, Superliqanın reallaşması qaçılmazdır. Çünki hamı nəhənglərin oyunlarını tez-tez izləmək istəyir, o qədər də məşhur olmayan komandaların qarşılaşmaları isə yalnız öz azarkeşlərini cəlb edir, böyük kütləyə maraqlı deyil”.

Avtomobil istehsalı???

  • 19 Aprel 2021
  • comments

Sərəncam: yeni konsepsiya hazırlanacaq

  • 19 Aprel 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetTribuna

QHT-lərin kitabı niyə bağlanır? – “Foreign Affairs”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Ukraynada Çin casusları tutulub

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

NATO başına çarə qılır – “Financial Times”

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Siyasi burulğan

GLOBALS:0

Tags

  • İdman

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetTribuna

QHT-lərin kitabı niyə bağlanır? – “Foreign Affairs”

Son materiallar

comments
Dünyanın səsiManşetTribuna

QHT-lərin kitabı niyə bağlanır? – “Foreign Affairs”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Ukraynada Çin casusları tutulub

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

NATO başına çarə qılır – “Financial Times”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda