2021-ci ilin yanvar-mart aylarında Azərbaycanda 2 milyard 365,2 milyon manat sərmayə rəsmiləşib. Dövlət Statistika Komitəsinin hesabatına görə, vəsaitin 74,5 faizi məhsul istehsalı sahələrinə, 16,8 faizi xidmət sahələrinə, 8,7 faizi yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 52,1 faizi daxili vəsaitlər kimi göstərilir.
Açıqlamaya əsasən, müəssisə və təşkilatların sərmayədə payı 67,5 faiz, büdcə vəsaitlərinin payı 10,6 faiz, bank kreditlərinin payı 8,9 faiz, əhalinin şəxsi vəsaitlərinin payı 8,1 faiz, başqa vəsaitlərin payı 4,9 faizdir.
Xarici ölkələr və beynəlxalq təşkilatların əsas kapitala yönəltdiyi vəsaitin 89,3 faizi Böyük Britaniya, ABŞ, Türkiyə, Yaponiya, Vircin adaları, Norveç, Fransa və Malayziya sərmayədarlarına məxsus olub.