Aprelin 16-sı Bakının Pirşağı qəsəbəsində yenidənqurma tədbirlərinə start verilib və təmir-bərpa işlərinin təməli qoyulub. AZƏRTAC xəbər verir ki, prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva tədbirdə iştirak ediblər.
Arayışa görə, qəsəbədə abadlıq işləri həm mövcud binalar üzərində, həm də açıq məkanlarda aparılacaq. Mərkəzi hissədə, məscidin qarşısında Şərq bağçılıq ənənələrinə uyğun parkın salınması nəzərdə tutulur. Parkın mərkəzində su hövzəsi yerləşdirilib və ondan dörd istiqamətdə yollar ayrılır.
Bərpa-konservasiya olunacaq abidələrdən biri Hacı Şahverdi hamamıdır. İlham Əliyev və Mehriban Əliyeva Hacı Şahverdi hamamı ilə tanış olublar, sonra qəsəbədə ağac əkiblər.