Dövlət Statistika Komitəsinin hesabatına görə, 2021-ci il aprelin 1-nə Azərbaycanda 4 milyon 890,4 min nəfər məşğul əhali kimi rəsmiləşib. Novator.az bildirir ki, martın 1-nə muzdla çalışan işçilərin sayı 1 milyon 678,5 min nəfər göstərilib: iqtisadiyyatın neft-qaz sektorunda 33,2 min nəfər, qeyri neft-qaz sektorunda 1 milyon 645,3 min nəfər çalışıb.
Yanvar-mart aylarında statistik vahidlərin (fərdi sahibkarlar istisna olmaqla) sayının 1,8 faiz artdığı vurğulanır: qeydiyyatda olan statistik vahidlərin 60,6 faizi paytaxt Bakıda yerləşib, aprelin 1-nə hüquqi qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 1 milyonu ötüb.
Hesabata əsasən, yanvar-mart aylarında ictimai iaşə dövriyyəsi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2 dəfə, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 11,4 faiz azalıb.