• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ən yeni sosial-iqtisadi göstəricilər

  • 16 Aprel 2021
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Dövlət Statistika Komitəsi makroiqtisadi göstəriciləri açıqlayıb. Novator.az bildirir ki, rəsmi hesabata görə, 2021-ci ilin yanvar-mart aylarında Azərbaycanda 18,9 milyard manatlıq, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz az ümumi daxili məhsul (ÜDM) istehsal edilib, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 7,3 faiz azalıb, qeyri neft-qaz sektorunda 2,1 faiz artıb.

Əhalinin hər nəfərinə düşən ÜDM 1891,1 manat göstərilir.

Qeyd olunur ki, yanvar-mart aylarında 2020-ci ilin eyni dövrünə nəzərən 3,6 faiz az sənaye məhsulu istehsal edilib, neft-qaz sektorunda məhsul istehsalı 5,9 faiz düşüb, qeyri neft-qaz sektorunda 11,9 faiz yüksəlib.

2020-ci ilin birinci rübü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulunun 2,2 faiz artdığı vurğulanır.

Rəsmi açıqlamaya görə, yanvar-mart aylarında əsas kapitala 2 milyard 365,2 milyon manat məbləğində, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 19,4 faiz az vəsait yönəldilib, neft-qaz sektoruna investisiyaların həcmi 6,2 faiz, qeyri neft-qaz sektoruna qoyulan vəsaitin həcmi 32,2 faiz azalıb.

2020-ci ilin ilk üç ayı ilə müqayisədə nəqliyyat sektorunda yük daşınmasının 8 faiz, sərnişin daşınmasının 42,5 faiz azaldığı bildirilir.

Açıqlamaya əsasən, yanvar-mart aylarında göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi 2,5 faiz artıb.

Hesabata görə, yanvar-mart aylarında istehlak qiymətləri 2020-ci ilin eyni dövrü ilə müqayisədə 3,9 faiz yüksəlib, ərzaq məhsulları, içkilər və tütün məmulatları 4,8 faiz, qeyri-ərzaq malları 3,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər 2,6 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsi qeyd edir ki, yanvar-fevral aylarında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2020-ci ilin ilk iki ayına nisbətən 2,8 faiz azalaraq 692,3 manat olub.

Əhalinin gəlirlərinin nominal ifadədə 1,1 faiz azaldığı bildirilir.

Məlumata əsasən, yanvar-mart aylarında dövlət büdcəsinə 5 milyard 736,4 milyon manat vəsait daxil olub, büdcədən 5 milyard 523,7 milyon manat vəsait xərclənib.

Mart ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 14 milyard 619,6 milyon manat, əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 8 milyard 379,9 milyon manat göstərilib.

“Putin istərdi ssenari təkrarlansın, ancaq Zelensk...

  • 16 Aprel 2021
  • comments

Doğum 5,1 faiz azalıb, ölüm 30,2 faiz artıb

  • 16 Aprel 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Bir kursun xərci

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda