• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Şuşa yolu nə yerdədir?

  • 15 Aprel 2021
  • comments
  • hikmet
  • Posted in Xəbər

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 101 kilometrlik Füzuli-Şuşa avtomobil yolunun çəkilişi ilə bağlı yeni məlumat yayıb. Rəsmi bilgiyə görə, 2 hərəkət zolaqlı olacaq yol boyunca torpaq işləri görülür, yolun profilə salınması və yeni torpaq yatağının inşası işləri həyata keçirilir: “Yol boyunca su ötürülməsi məqsədilə su keçidləri, həmçinin üç avtomobil körpüsünün inşası da aparılır. 33, 99 və 75 metrlik körpülər yolun 0,6-cı, 26-cı və 57-ci kilometrlik hissələrində olacaq.

2021-ci ilin sentyabr ayınadək yolun tam olaraq 2 hərəkət zolağı enində asfaltlanaraq istifadəyə verilməsi planlaşdırılır. Yol Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisində 20-dən artıq yaşayış məntəqəsini əhatə edəcək”.

1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ vilayətini ələ keçirmək istəyi ilə təcavüzə başlayıb. 1991-ci ildə təcavüz şiddətlənərək müharibəyə çevrilib.

1994-cü ildə atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağı (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd rayonları, keçmiş Ağdərə rayonu) və ətraf bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) işğal edib.

Azərbaycan Silahlı Qüvvələrinin 2020-ci il sentyabrın 27-dən apardığı əməliyyatlarda və 10 noyabr atəşkəsində əldə olunan razılaşma nəticəsində ərazilərin böyük qismi azad edilib. Hazırda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Xocavənd, Xocalı, Laçın rayonları və keçmiş Ağdərə rayonu qismən Azərbaycanın nəzarətindədir.

Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır.

Laçın şəhəri və rayonun 6 kəndi bölgədə atəşkəsə məsul olan Rusiya Ordusu bölmələrinin əlindədir.

Əsası 1750-ci ildə qoyulan Şuşa şəhəri 1992-ci il mayın 8-9-dan 2020-ci il noyabrın 8-dək işğalda olub.

Novator.az bildirir ki, Füzuli-Şuşa yolu 2020-ci ilin noyabr ayından çəkilir. Hələlik Şuşaya Laçın və Ağdam yolları ilə gedib-gəlmək mümkün deyil. Xocavənd-Şuşa yolundan isə Rusiya hərbçilərinin müşayiəti ilə istifadə olunur.

Hansı ölkədə neçə saat oruc tuturlar? – “Əl-...

  • 15 Aprel 2021
  • comments

66 dollar həndəvərində

  • 15 Aprel 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Bölgə

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda