ABŞ-da Rusiya təhdidi: Bayden fövqəladə vəziyyət elan etdi
Aprelin 15-də prezident Cozef Bayden ABŞ-ın milli təhlükəsizlik sahəsində fövqəladə vəziyyət rejimi elan olunması haqda sərəncam imzalayıb. Novator.az saytı ABŞ-ın “Fox News” kanalına istinadla xəbər verir ki, fövqəladə vəziyyət rejimi Rusiyadan gələn təhdidlərə görə elan edilib. Cozef Baydenin sərə...
15 gündə 32498 yoluxma, 478 ölüm
Novator.az Azərbaycanın koronavirus statistikasına nəzər salıb. 2020-ci ildə ölkədə 218700 nəfər koronavirus infeksiyasına yoluxub, onların 2641-i vəfat edib. Aylar üzrə göstəricilər belə olub: fevral – 3 yoluxma; mart – 295 yoluxma, 5 ölüm; aprel – 1506 yoluxma, 19 ölüm; may – 3690 yoluxma, 39 ölüm...
Yeni kitablar
“Qanun” Nəşrlər Evinin çap etdiyi yeni kitablar haqda qısa məlumatları təqdim edirik. Cəfər Cabbarlı, “Oqtay Eloğlu” Milli teatr yaratmağı qarşısına məqsəd qoyan Oqtay ciddi çətinliklərlə qarşılaşır. Maddi imkansızlıq, həmkarlarının çoxunun həqiqi sənətdən uzaq olması, köhnəfikirli adamların töhməti...
Ərəfə
Ermənistanın baş naziri Nikol Paşinyan aprelin üçüncü ongünlüyündə istefa verəcəyini bəyan edib. Bu addım parlamentin buraxılması, qanunverici orqana növbədənkənar seçkinin təyin olunması üçün atılır. Parlament seçkisinin iyunun 20-də keçirilməsi gözlənir. Ermənistan Konstitusiyasına əsasən, baş naz...
MDB arayışı
2021-ci ildə Müstəqil Dövlətlər Birliyinin (MDB) 30 illiyi qeyd olunur. 1991-ci ildə dağılan SSRİ-yə 15 respublika daxil idi: Estoniya, Latviya, Litva, Belarus, Moldova, Ukrayna, Rusiya, Gürcüstan, Ermənistan, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan. Novator.az bild...
66 dollar həndəvərində
Energetika Nazirliyinin 15 aprel məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 65,92 dollara satılır. Bu, büdcə qiymətindən 25,92 dollar yüksək qiymətdir. 2021-ci ilin dövlət büdcəsində bir barrel neftin qiyməti 40 dollardan götürülüb. “AzəriLayt” yanvara 50,92, fevrala 56,68, mar...
Şuşa yolu nə yerdədir?
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 101 kilometrlik Füzuli-Şuşa avtomobil yolunun çəkilişi ilə bağlı yeni məlumat yayıb. Rəsmi bilgiyə görə, 2 hərəkət zolaqlı olacaq yol boyunca torpaq işləri görülür, yolun profilə salınması və yeni torpaq yatağının inşası işləri həyata keçirilir: “Yol boy...
Hansı ölkədə neçə saat oruc tuturlar? – “Əl-Cəzirə”
Ramazan ayıdır. Azərbaycanda müsəlmanlar sutkada 15 saat oruc tuturlar. Getdikcə gün uzanacaq və Ramazan ayının sonuna Azərbaycanda oruc vaxtı günün 16 saatından çox hissəsini əhatə edəcək. Bəs başqa ölkələrdə necədir? Novator.az saytı Qətərin “Əl-Cəzirə” kanalına istinadla bildirir ki, günəşin çıxm...
Daha soyuqqanlı…
Natiq Cəfərli Respublikaçı Alternativ Partiyası Zəngəzur məsələsinin gündəmdə olması ərazi iddiası, aqressivlik deyil, siyasi təzyiq vasitəsidir. Biz qonşularla sülh şəraitində yaşamaq istəyirik, iqtisadi və insani münasibətlərin yaranmasında, kommunikasiya xətlərinin açılmasında, logistik əlaqələri...
Ödənişli ziyarətə etiraz, təklif
Bakının Xətai rayonunda yaradılan Hərbi Qənimətlər Parkı aprelin 14-dən ziyarətə açılıb. Məkana giriş şəhid ailələri, qazilər və 6 yaşadək uşaqlar üçün pulsuzdur. Qalan şəxslər qiyməti 2 manat olan giriş bileti almalıdır. Aprelin 12-də prezident İlham Əliyevin iştirakı ilə açılan Hərbi Qənimətlər Pa...
Kasıblığa işarə
Dövlət Statistika Komitəsi bildirir ki, 2021-ci ilin yanvar-mart aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində alınan mallara xərclənən vəsaitin 48,6 faizi ərzaq məhsullarının, 5,8 faizi içkilər və tütün məmulatlarının, 16,4 faizi toxuculuq məhsullarının, geyim və ayaqqabıların, 5,4 faizi avt...
“Ölüm statistikası həyəcan təbili çalır”
İqtisadçı alim, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu rəsmi ölüm statistikasına nəzər salıb. Novator.az-ın məlumatına görə, o yazır ki, Dövlət Statistika Komitəsi Azərbaycanda əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsini 2018-ci ildə 5,8 nəfər, 2019-cu ildə 5,6 nəfər, 2020-...
Dünyanın ən güclü pasportlarının yeni reytinqi
İsveçrənin “Henley & Partners” şirkəti dünyanın ən güclü pasportlarının yeni siyahısını açıqlayıb. Novator.az xəbər verir ki, reytinq cədvəlində ilk yeri Yaponiya tutur. Bu ölkənin pasportu ilə 193 ölkəyə vizasız səfər etmək mümkündür. İkinci yerdə Sinqapur gəlir. Sinqapur pasportu 192 ölkəyə vi...
Yarımfinal cütlükləri
UEFA Çempionlar Liqasının yarımfinal cütlükləri bəlli olub. Novator.az-ın məlumatına görə, 1/4 finalın aprelin 14-də keçirilən cavab oyunlarında “Mançester Siti” (İngiltərə) və “Real” (İspaniya) komandaları dördlüyə vəsiqə alıblar. Yarımfinalda PSJ (Fransa) “Mançester Siti” ilə, “Real” “Çelsi” (İngi...
Laçının hansı kəndləri rusların nəzarətindədir?
2020-ci il dekabrın 1-də işğaldan qurtulan Laçın rayonunun bir hissəsi, o cümlədən Laçın şəhəri Yuxarı Qarabağdan Ermənistana gediş-gəlişə ayrılan 5 kilometr enində zolağa düşür. Həmin zolağa Rusiya hərbçiləri nəzarət edir. Laçın dəhlizi adı almış yolun hansı kəndləri əhatə etdiyi rəsmən açıqlanmır....