• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Təkbətək görüşdən

  • 14 Aprel 2021
  • comments
  • hikmet
  • Posted in Xəbər

Aprelin 14-də prezident İlham Əliyev Azərbaycanda işgüzar səfərdə olan Belarus prezidenti Aleksandr Lukaşenko ilə təkbətək görüşüb. AZƏRTAC xəbər verir ki, İlham Əliyev ali qonağı salamlayaraq deyib: “Ölkələrimiz arasında münasibətlərin inkişafına görə çox şadam. Əlaqələrimizə elə dinamizm gətirmişik ki, bütün istiqamətlər üzrə inkişaf olduğunu, razılaşdırdığımız məsələlərin praktiki həllini görürük. Keçən il pandemiyaya baxmayaraq əmtəə dövriyyəmiz artıb, Azərbaycandan Belarusa ixrac da artıb. Ona görə bu gün sənaye kooperasiyası ilə bağlı məsələləri də daha ətraflı müzakirə edəcəyik. Sizinlə birgə qərarımıza əsasən artıq çoxdandır ki, Gəncədə sənaye müəssisəsi fəaliyyət göstərir.

Qarabağın bərpası ilə bağlı məsələləri də Sizinlə müzakirə etmək istərdim. Belarus şirkətlərinin öz ölkənizdə aqrosənaye kompleksləri yaradılması təcrübəsi bizə məlumdur. İşğaldan azad edilmiş ərazilərin bərpası baxımından bu mövzu xüsusi yer tutur.

Sevindirici haldır ki, iştirak etdiyimiz beynəlxalq strukturlarda bundan sonra da bir-birimizi dəstəkləməkdə davam edəcəyik. Yəni bizim münasibətlərimiz hər hansı problemlərdən tamamilə uzaqdır. Bizim müntəzəm əlaqələrimiz sadəcə görülmüş işlərə yekun vurmağa, növbəti addımları ölçüb-biçməyə və iki dost, iki tərəfdaş kimi irəliləməyə imkan verir”.

Aleksandr Lukaşenko qeyd edib ki, iki ölkənin münasibətləri çoxşaxəlidir, çox düzgündür və onlara heç nə xələl gətirmir: “Biz heç kəsə mane olmuruq və heç kəs də bizə mane ola bilməz. Əgər sən bir işi görmək istəyirsənsə, buna mane olmaq çətindir.

Həqiqətən Azərbaycan öz milli arzusuna çatmaq yolunda böyük addım atıb. Lakin bu yalnız ilk addımdır. Qarşıda hələ çox iş var, işğaldan azad edilmiş ərazilərdə həyatın bərpası üçün çox ağır iş, dinc işlər görülməlidir. Belarusda etibarlı dostlarınız var. Siz bizim imkanlarımızı bilirsiniz. Bu gün biz onları nazirlər və mütəxəssislərlə bir daha müzakirə edəcəyik.

Siyasi münasibətlərimizə gəldikdə, nəyinsə çatışmadığını və ya hansısa mənfi amil olduğunu demək çətindir. Bizdə belə amillər yoxdur. Bizim münasibətlərimiz əladır və mən buna görə həmişə fəxr edirəm”.

Prezidentlər nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə də bir araya gəlinlər. Sonra onların iştirakı ilə bu sənədlər imzalanıb:

“Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi arasında baytarlıq sahəsində anlaşma və əməkdaşlıq haqqında anlaşma memorandumu”;

“Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə Belarus Respublikasının Milli Turizm Agentliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu”;

“Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Belarus Respublikasının Energetika Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq məsələlərinə dair anlaşma memorandumu”.

Sənədlərin imzalanması mərasiminin ardından İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər.

Qeyri-rəsmidən başlayıb

Eldar Həsənovun vəkilləri prezidentə üz tutub

  • 14 Aprel 2021
  • comments

Harada hansı peyvənddən istifadə olunur?

  • 14 Aprel 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

“Qarabağ”lı turnir

Son materiallar

comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda