• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qırğızıstan prezident idarəçiliyinə razılaşdı

  • 12 Aprel 2021
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiManşetXəbər

Qırğızıstanda aprelin 11-də keçirilmiş konstitusiya referendumunun ilkin nəticələri açıqlanıb. Novator.az-ın məlumatına görə, ümumxalq səsverməsinə qatılan şəxslərin 79,2 faizinin yeni konstitusiya layihəsinə dəstək verdiyi bəyan edilib. Layihə ölkədə prezident idarə üsulunun tətbiqini nəzərdə tutur.

Parlament respublikası olan Qırğızıstanda hökuməti proporsional üsulla seçilən 120 yerlik parlamentdə yerlərdən yarıdan çoxuna sahib olan siyasi qüvvə qurur.

2021-ci il yanvarın 10-da keçirilmiş növbədənkənar prezident seçkisində Sadır Japarov qalib gəlib. Prezident seçkisi ilə paralel keçirilən rəy sorğusunda prezident idarə üsulunun tətbiq olunması dəstəklənib.

Sadır Japarov yanvarın 28-də and içərək səlahiyyətlərinin icrasına başlayıb və yeni konstitusiya layihəsi hazırlanıb.

Layihəyə görə, prezident 5 il müddətinə seçilir, həm dövlət başçısı, həm də hökumət başçısı olur. İki müddətdən artıq prezident seçilmək yasaqdır.

Ana qanun layihəsinə əsasən, Nazirlər Kabinetinin tərkibini və strukturunu prezident müəyyən edir. Nazirlər Kabinetinin sədri (o həm də Prezident Administrasiyasının rəhbəridir), müavinləri və başqa üzvləri parlamentin razılığı ilə təyin olunur.

Səfirlərin və başqa diplomatik təmsilçilərin, yerli dövlət administrasiyası başçılarının təyinatı, Təhlükəsizlik Şurası yaratmaq və həmin quruma sədrlik prezidentin səlahiyyətinə verilir.

Konstitusiya layihəsinə görə, parlament deputatlarının sayı 120-dən 90-na enir, seçim üsulu qanunla müəyyənləşir.

Parlamentin hökumətə etimadsızlıq göstərmək səlahiyyəti olmur.

Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin sədrlərini prezident parlamentin razılığı ilə təyin edir.

“Putin yenə hədələyir. Qərb hazır olmalıdır” ̵...

  • 11 Aprel 2021
  • comments

Finişə doğru

  • 12 Aprel 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda