• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Məhbus jurnalistin ailəsi nəzarətə götürülür?

  • 12 Aprel 2021
  • comments
  • hikmet
  • Posted in Xəbər

Baş prokuror Kamran Əliyev aprelin 10-da məhbus jurnalist Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqovanı qəbul edib.

Əfqan Sadıqov Azel.tv saytının baş redaktorudur. Jurnalisti 2020-ci il mayın 13-də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tutub. Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu xeyli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmədə təqsirli bilərək 7 il müddətinə azadlıqdan məhrum edib.

Eyni iş üzrə Xeberfakt.az saytının baş redaktoru Sakit Muradova 5 il müddətinə şərti həbs cəzası verilib.

Hökmə etiraz edən Əfqan Sadıqov noyabrın 4-dən Bakı İstintaq Təcridxanasında aclıq aksiyasına başlayıb, sonra Penitensiar Xidmətin Mərkəzi Müalicə Müəssisəsinə köçürülüb.

2021-ci il yanvarın 28-də Sumqayıt Apellyasiya Məhkəməsi Əfqan Sadıqovun cəzasının müddətini 6 ilə endirib.

Martın 30-da Baş Prokurorluğun mətbuat xidməti açıqlama yayaraq bildirib ki, Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən bəyanatlar yayır, Dövlət Təhlükəsizliyi Xidməti və digər dövlət orqanlarına qarşı böhtan və qarayaxma kampaniyası aparır. Açıqlamada Sevinc Sadıqovaya barəsində hüquqi təsir tədbirlərinin görüləcəyi xəbərdarlığı yer alıb.

Aprelin 10-da baş prokurorla görüşən Sevinc Sadıqova “Amerikanın səsi”nə açıqlama verib: “Kamran Əliyevə dedim ki, ailəmizə təhdidlər var: “Mən təqib olunmuşam, təhqirlərə məruz qalmışam. Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları hədə-qorxu gəlir, məni uşaqlarımla təhdid edir. Prokurorluğun mənə xəbərdarlıq etməsi isə qanunsuzluqdur. Mənə xəbərdarlıq edilməməlidir, əksinə, mənə qarşı qanunsuzluq araşdırılmalı və qiymət verilməlidir”.

Baş prokuror bildirdi ki, heç bir qurum, heç bir şəxs səni və ailəni təhdid edə bilməz. O məni və ailəmi polis nəzarətinə götürməyi təklif etdi, söz verdi ki, mənim və uşaqlarımın təhlükəsizliyimizi qoruyacaq”.

Əfqan Sadıqov 2016-cı il noyabrın 22-dən 2018-ci il mayın 22-dək həbsdə olub. O zaman jurnalist Cəlilabad Rayon Məhkəməsinin çıxardığı hökmlə xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurmada təqsirli bilinib.

Hərbi Qənimətlər Parkında

  • 12 Aprel 2021
  • comments

Rusiya nəyə hazırlaşır? – “The National İnte...

  • 12 Aprel 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0

Tags

  • Hüquq
  • Media
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

“Qarabağ”lı turnir

Son materiallar

comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda