“Ermənistan qarşımızda diz çökmüş ölkədir”
Aprelin 12-si Bakıda Hərbi Qənimətlər Parkına baş çəkən prezident, Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyev bir qrup hərbi qulluqçu ilə görüşüb. O deyib ki, hakimiyyətdə olduğu dövrdə Qarabağ məsələsində heç bir güzəştə getməyib: “2003-cü ildə prezident seçiləndən sonra demişdim ki, nə danı...
31440 aktiv xəstə var
Aprelin 12-də yayılan rəsmi hesabata görə, Azərbaycanda koronavirusa yoluxanların ümumi sayı 287144 nəfərə, infeksiya qurbanlarının ümumi sayı 3944 nəfərə çatıb, 31440 aktiv xəstə var. 2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus infeksiyasına ölkədə ilk yoluxma 2020-ci il f...
Rusiya nəyə hazırlaşır? – “The National İnterest”
ABŞ-ın “The National İnterest” jurnalında “Rusiya-Ukrayna müharibəsinə doğru?” başlıqlı yazı dərc olunub. Novator.az-ın məlumatına görə, müəllifi Mark Yepiskopos olan yazıda deyilir ki, Moskva ilə Qərb arasında hərbi gərginliyin artdığı bir zamanda Rusiyanın hərbi qüvvələri Baltik dənizində ard-arda...
Məhbus jurnalistin ailəsi nəzarətə götürülür?
Baş prokuror Kamran Əliyev aprelin 10-da məhbus jurnalist Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqovanı qəbul edib. Əfqan Sadıqov Azel.tv saytının baş redaktorudur. Jurnalisti 2020-ci il mayın 13-də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tutub. Noyabrın 3-də Bakı Ağır Cinayət...
Hərbi Qənimətlər Parkında
Prezident İlham Əliyev aprelin 12-si Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, 5 hektar ərazini əhatə edən park paytaxtın Xətai rayonundadır. Parkdakı eksponatların arasında Silahlı Qüvvələrin işğaldan azad olunan ərazilərdə qənimət götürdüyü 2 mindən çox avto...
Tələsməliyik. Türkiyə ilə birgə media layihələrinin görünməyən tərəfi
Emin Hüseynzadə Bugünlərdə Türkiyə və digər türkdilli ölkələrlə birgə media layihələri və ideyalar ətrafında ciddi müzakirələr gedir. Prezidentin köməkçisi Hikmət Hacıyev sosial mediadakı saxta xəbərlərə qarşı birgə maraqlar çərçivəsində mübarizədən də danışdı. Əfsus ki, bu cür birgə layihələrin baş...
Hasilat hesabatı
2021-ci ilin mart ayında Azərbaycanın gündəlik xam neft hasilatı 592,1 min barrel olub. Hesabatı Energetika Nazirliyi yayıb. Əsas neft ixracatçılarını birləşdirən OPEK ölkələri (Anqola, Birləşmiş Ərəb Əmirlikləri, Ekvador, Ekvatorial Qvineya, Əlcəzair, İraq, İran, Konqo, Küveyt, Qabon, Liviya, Niger...
Naxçıvanda orta maaş nə qədərdir?
2021-ci il martın 1-nə Naxçıvan Muxtar Respublikasında orta aylıq əməkhaqqı 536,2 manat olub. Novator.az bildirir ki, yerli Dövlət Statistika Komitəsi belə hesabat yayıb. Rəsmi açıqlamaya görə, 2021-ci ilin yanvar-mart aylarında muxtar respublikada ümumi daxili məhsul istehsalı ötən ilin eyni dövrün...
70-in “Şöhrət”i
Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsinin deputatı, Milli Məclis sədrinin müavini Fəzail İbrahimli “Şöhrət” ordeni ilə təltif edilib. Prezident İlham Əliyevin 12 aprel sərəncamında təltif Fəzail İbrahimlinin Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakı ilə əsaslandırılıb. Novator.az bildir...
Partiyaların maliyyə hesabatı, qıraqda qalanlar
Azərbaycan qanunvericiliyi siyasi partiyaların hər il aprelin 1-dən gec olmayaraq Mərkəzi Seçki Komissiyasına illik maliyyə hesabatı təqdim etməsini nəzərdə tutur. Ədliyyə Nazirliyində 62 siyasi partiya dövlət qeydiyyatına alınıb. Onların 6-sı – Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan...
Sosial siyasət və ideologiya
Natiq Cəfərli Respublikaçı Alternativ Partiyası Dövlətin adətən öz pulu, yəni özünün qazandığı pul olmur. Hökumətin isə heç olmur, dövlətin büdcəsində olan pul vətəndaşın qazandığı və bir hissəsini büdcəyə ödədiyi vəsaitdir. Resurs ölkələrində bir az fərqli situasiya yaranır – büdcə həm də təbii sər...
İkinci soyuq müharibəni necə uda bilərik? – “Nyu-York Tayms”
Novator.az saytı ABŞ-ın “Nyu-York Tayms” qəzetində dərc edilmiş “İkinci soyuq müharibəni necə uda bilərik?” başlıqlı yazını ingiliscədən çevirərək təqdim edir. Yazının müəllifi Bret Stivensdir. Birinci soyuq müharibə zamanı ABŞ-ın və onun müttəfiqlərinin SSRİ əleyhinə gizli bir silahı vardı. Bu nə M...
Təhsil uçurumu
Rövşən Ağayev Bölgələr üzrə təhsilin qeyri-bərabərliyinin müntəzəm ölçülməsi, nəticələrin ictimai müzakirəsi son dərəcə vacibdir. Təhsil irəli getməsə, orta və uzun müddət ərzində bölgə inkişafındakı fantastik qeyri-bərabərliyi aradan qaldırmaq mümkün olmayacaq. İqtisadi inkişafdakı qeyri-bərabərliy...
Kreditdə bölgə payı
Bakuresearchinstitute.org saytı kredit qoyuluşlarında regional bərabərsizliyə diqqət yönəldib. Araşdırmaya görə, 2021-ci il martın 1-nə bankların iqtisadiyyata yönəltdiyi 14,3 milyard manatlıq kreditin 79,7%-i Bakı şəhərinin payına düşüb. Analoji göstərici Aran iqtisadi rayonunda 5,2%, Gəncə-Qazax i...
Finişə doğru
Avropanın aparıcı milli futbol çempionatları finişə doğru gedir. Novator.az-ın məlumatına görə, İngiltərə çempionatında “Mançester Siti” 74 xalla liderdir. “Mançester Yunayted”in 63, “Lester”in 56, “Vest Hem”in 55, “Çelsi”nin 54, “Liverpul”un 52 xalı var. İspaniya çempionatında “Atletiko” 67 xalla i...
Qırğızıstan prezident idarəçiliyinə razılaşdı
Qırğızıstanda aprelin 11-də keçirilmiş konstitusiya referendumunun ilkin nəticələri açıqlanıb. Novator.az-ın məlumatına görə, ümumxalq səsverməsinə qatılan şəxslərin 79,2 faizinin yeni konstitusiya layihəsinə dəstək verdiyi bəyan edilib. Layihə ölkədə prezident idarə üsulunun tətbiqini nəzərdə tutur...