• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

YAP-ın yeni nizamnaməsi

  • 08 Aprel 2021
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Yeni Azərbaycan Partiyası (YAP) 5 mart 2021-ci il qurultayda qəbul olunmuş yeni nizamnaməsini açıqlayıb. Novator.az bildirir ki, nizamnaməyə görə, 18 yaşına çatmış tam fəaliyyət qabiliyyətli Azərbaycan vətəndaşları partiyanın üzvü ola bilərlər. Üzvlük haqlarının məbləği və ödənməsi qaydasını partiyanın İdarə Heyəti müəyyən edir.

Partiyanın orqanları bunlardır: qurultay; partiyanın sədri; İdarə Heyəti; Təftiş Komissiyası.

Qurumun strukturuna onun Veteranlar Şurası, Gənclər Birliyi, Mərkəzi Aparatı, həmçinin yerli təşkilatlar və onların aparatları daxildir.

Qurultayı partiyanın İdarə Heyəti beş ildə bir dəfədən az olmayaraq çağırır. Növbədənkənar qurultay İdarə Heyətinin qərarı, səlahiyyətlərində olan məsələlər çərçivəsində Təftiş Komissiyasının qərarı və ya partiya üzvlərinin ən azı üçdə iki hissəsinin müraciəti ilə mümkündür.

Partiyanın sədri qurultayda iştirak edən nümayəndələrin sadə səs çoxluğu (açıq səsvermə yolu) ilə seçilir.

Sədrin birinci müavini və müavinləri var. Onları sədr təyin edir.

İdarə Heyəti partiyanın daimi fəaliyyət göstərən rəhbər orqanıdır. Üzvlər qurultayda partiya sədrinin təqdimatı ilə seçilir. Partiyanın sədri vəzifəsinə görə eyni zamanda İdarə Heyətinin sədridir.

Təftiş Komissiyası partiyanın nəzarət-təftiş orqanıdır. Üzvlər qurultayda partiya sədrinin təqdimatı əsasında seçilir.

Veteranlar Şurası məşvərətçi qurumdur. Üzvlər qurultayda partiya sədrinin təqdimatı əsasında seçilir.

Gənclər Birliyi məşvərətçi qurumdur. Üzvlər partiya sədrinin təqdimatı əsasında İdarə Heyətinin qərarı ilə seçilir. Mərkəzi Aparatın rəhbərinə tabedir.

Partiya sədrinin bir müavini eyni zamanda Mərkəzi Aparatın rəhbəridir.

Partiyanın yerli təşkilatı İdarə Heyətinin qərarı ilə yaradılır, yenidən təşkil və ləğv olunur.

1992-ci ildə qurulan Yeni Azərbaycan Partiyasının ilk sədri Heydər Əliyev olub. 2005-ci ildən sədr postunu prezident İlham Əliyev tutur.

Birinci vitse-prezident Mehriban Əliyeva sədrin birinci müavini, baş nazirin müavini Əli Əhmədov sədrin müavini, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov sədrin müavini, Mərkəzi Aparatın rəhbəridir.

760 mindən çox üzvü olan YAP 125 nəfərlik parlamentdə 70 deputatla təmsil edilir.

Niyə Putin Ukraynada böhran olmasını istəyir? R...

  • 08 Aprel 2021
  • comments

Manat neçəyədir? (Laridən dramadək)

  • 08 Aprel 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda