• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Virus bədənə necə yayılır?

  • 07 Aprel 2021
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiManşetŞərh

Ağız suyu koronavirus infeksiyasını bədənin başqa hissələrinə yayır. Yəni insanın udqunması infeksiyanın ağızdan bədənin başqa hissələrinə keçməsinə şərait yaradır. Novator.az bildirir ki, bununla bağlı ABŞ-ın CNN kanalının internet səhifəsində yazı dərc olunub.

Yazıda “Natural Medicine” jurnalının işıqlandırdığı geniş araşdırmaya istinad edilir. Qeyd olunur ki, alimlər ağızda, o cümlədən yanağın iç tərəfində, damaqda və tüpürcək vəzilərində koronavirus infeksiyası aşkarlayıblar.

Tədqiqatçılar bu qənaətə gəliblər ki, ağız boşluğu COVİD-19-un yayılmasında əsas mənbədir və yoluxanların əksərinin dadbilmə duyğusunu itirməsi də bundan xəbər verir.

Koronavirus infeksiyasını müəyyənləşdirmək üçün tüpürcək testi indiyədək ən asan və uyğun üsul sayılır. Amma alimlər diaqnozun niyə məhz ağız suyu yolu ilə qoyulduğunu araşdırmamışdılar.

Yeni tədqiqat bu sahədəki boşluğu aradan qaldırır. Araşdırmanın nəticəsini açıqlayan Amerika Stomatoloji Assosiasiyasının Elmi-Tədqiqat İnstitutunun əməkdaşı doktor Kevin Bayrd deyir: “İnfeksiyalı tüpürcəyi udanda və ya nəfəs alıb-verdiyimiz zaman infeksiyaya yoluxmuş ağız suyundakı zərrəciklər virusu boğazımıza, ağ ciyərlərimizə, hətta bağırsaqlarımıza ötürə bilir”.

Ağız, burun, sinuslar, boğaz və ağ ciyərlər bir-birilə əlaqəlidir. Seliyə bulaşmış virus axıntı yolu ilə, yaxud öskürən zaman həmin bölgələrə yayıla bilər. Tədqiqatçılar COVİD-19-dan vəfat edən insanların ağız toxumalarından alınan nümunələrin təxminən yarısında virus aşkarlayıblar.

Bu araşdırma eyni zamanda burundan götürülən testi mənfi çıxan insanlarda tüpürcək testinin müsbət çıxdığına dair faktlar ortaya qoyub. Alimlər bu qənaətə gəliblər ki, virus burun-udlaq yolundan təmizlənsə də, burunun arxasında – boğazın yuxarı hissəsində tüpürcəkdə yaşamaqda davam edir.

Mənbə: CNN.com

“Hakimiyyətin azad seçki keçirmək iradəsi olsaR...

  • 07 Aprel 2021
  • comments

Uşaq pulu arqumentləri

  • 07 Aprel 2021
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Elm
  • Səhiyyə

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda