• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İnfeksiyalı yoxsulluq

  • 07 Aprel 2021
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Sosial araşdırmalarla məşğul olan “Pew Research Center” qurumu (ABŞ) Dünya Bankının məlumatlarına əsaslanaraq koronavirus pandemiyasının əhalinin gəlirlərinə təsirini qiymətləndirib. Hesabata görə, pandemiya nəticəsində dünyada orta sinfin çəkisi azalıb, yoxsulluq artıb, 2020-ci ildə orta sinfə aid şəxslərin sayı proqnozlaşdırılandan 54 milyon nəfər az, yoxsulların sayı isə 131 milyon nəfər çox olub.

Araşdırma üzə çıxarıb ki, pandemiyaya qədər dünyada yoxsul əhalinin payı 8,7% olduğu halda hazırda 10,4%-ə yüksəlib. Bu müddətdə orta gəlirli əhalinin payı 17,8%-dən 17,1%-ə, yüksək gəlirli əhalinin payı 7,6%-dən 6,8%-ə düşüb.

Novator.az-ın məlumatına görə, iqtisadçı Samir Əliyev yazır ki, “Pew Research Center” əhalinin gəlir qrupu üzrə zərəri belə təsnif edir:

– yoxsullar (gündəlik qazancı 2 dollara qədər olan şəxslər) 131 milyon nəfər artıb;

– aşağı gəlirli (gündəlik qazancı 2-10 dollar arası olan) şəxslər 21 milyon nəfər azalıb;

– orta sinfə aid (gündəlik qazancı 10-20 dollar arası olan) şəxslər 54 milyon nəfər azalıb;

– gəliri orta səviyyədən yuxarı olan (gündəlik 20-50 arası qazanan) şəxslər 36 milyon nəfər azalıb;

– yüksək gəlirli (gündəlik qazancı 50 dollardan çox olan) şəxslər 62 milyon nəfər azalıb.

Ekspert qeyd edir ki, Dünya Bankının hesablamasına görə, Azərbaycanda orta sinfin payı 2015-ci ilin devalvasiyasından əvvəl 30%-ə yaxın olub: “Həm devalvasiyanı, həm də pandemiyanı nəzərə alsaq, hazırda bu göstəricinin əhəmiyyətli dərəcədə aşağı düşdüyünü güman etmək mümkündür”.

2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus infeksiyası 206 ölkə, ərazi və məkanda 2,8 milyondan çox adamın ölümünə gətirib. Pandemiyanı cilovlamaq üçün ölkələrin böyük qismi iqtisadi qapanmalara gedib, bu da sosial durumu pisləşdirib.

Uşaq pulu arqumentləri

  • 07 Aprel 2021
  • comments

VPN-dən istifadə edirsizmi, etmisizmi? Bunları bil...

  • 07 Aprel 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda