• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Sabiq idarə rəisləri niyə tutulub?

  • 06 Aprel 2021
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq idarə rəisləri Mövlam Şıxəliyev və Nizami Şirinov həbs ediliblər.

Baş Prokurorluğun 6 aprel məlumatında bildirilir ki, Mövlam Şıxəliyevin MTN-in İstintaq Baş İdarəsinin rəisi vəzifəsində işlədiyi dövrdə cinayət işləri üzrə sübutları saxtalaşdırmasına, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif korrupsiya cinayətləri törədərək külli miqdarda rüşvət tələb etməsinə və almasına, ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini hədə-qorxu ilə tələb edərək ələ keçirməsinə əsaslı şübhələr üzə çıxıb.

Qeyd olunur ki, MTN-in Hərbi Əks-Kəşfiyyat İdarəsinin rəisi postunu tutmuş Nizami Şirinovun vəzifədə işlədiyi müddətdə müxtəlif şəxslərdən MTN-in Akademiyasına qəbul etdirmək, xidmət yerini dəyişdirmək, habelə tabeliyində olan əməkdaşın işdən çıxarılması üçün tədbirlərin görülməməsi, xidmət üzrə ümumi himayədarlıq edilməsi müqabilində külli miqdarda rüşvət tələb edərək almasına, ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini hədə-qorxu ilə tələb edərək ələ keçirməsinə, habelə vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr müəyyən edilib.

Mövlam Şıxəliyev və Nizami Şirinova ağırlaşdırıcı hallarda hədə-qorxu ilə tələb etmə, sübutları saxtalaşdırma, ağırlaşdırıcı hallarda rüşvət alma, ağırlaşdırıcı hallarda vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə səlahiyyətlərini aşma ittihamları elan edilib, onlar Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs olunublar.

Novator.az bildirir ki, Milli Təhlükəsizlik Nazirliyi 2015-ci ilin dekabrında ləğv olunub, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

Bu qərarın verilməsi həm də 2015-ci ilin payızında Baş Prokurorluğun Milli Təhlükəsizlik Nazirliyində vəzifələr tutmuş şəxslərə cinayət işi qaldırması ilə bağlı olub. O vaxt Milli Təhlükəsizlik Nazirliyinin bir sıra baş idarə, idarə, şöbələrinin rəhbərləri və digər əməkdaşları qulluq səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma, gizli qaydada telefon danışıqlarına qulaq asmaqla sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələr, elektron məlumat daşıyıcılarından, informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakının gizli talanması, iş adamlarının nazirliyin inzibati binalarına gətirilib qanunsuz azadlıqdan məhrum edilməsi, onlardan hədə-qorxu yolu ilə külli miqdarda nağd pul, daşınar və daşınmaz əmlakın tələb edilib ələ keçirilməsi ittihamları ilə həbs ediliblər.

2004-2015-ci illərdə milli təhlükəsizlik naziri postunu Eldar Mahmudov tutub.

1956-cı il təvəllüdlü Eldar Mahmudov 1978-ci ildə Xalq Təsərrüfatı İnstitutunun maliyyə-kredit fakültəsini, 1993-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

1980-2004-cü illərdə daxili işlər orqanlarında xidmət edib. Daxili İşlər Nazirliyinin İqtisadi Cinayətkarlıqla Mübarizə İdarəsinin, Narkotiklərlə Mübarizə Baş İdarəsinin rəisi olub. General-polkovnikdir.

Müsavat fəalına cəza kəsilib

  • 06 Aprel 2021
  • comments

Bu şirkətlər peyvənd olunan işçilərinə pul mükafat...

  • 06 Aprel 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda