• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Köçəryan bir ittihamdan qurtuldu

  • 06 Aprel 2021
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiManşetXəbər

Ermənistanın paytaxtı Yerevanın Şenqavit rayonundakı ümumi məhkəmə aprelin 6-da sabiq prezident Robert Köçəryan, general-polkovniklər Seyran Ohanyan, Yuri Xaçaturov və baş nazirin keçmiş müavini Armen Gevorkyanın mühakiməsi üzrə yeni qərar verib. Novator.az-ın məlumatına görə, konstitusiya quruluşunu zorla dəyişdirmə ittihamı ilə cinayət təqibi dayandırılıb. Qərar Konstitusiya Məhkəməsinin 26 mart 2021-ci il qərarına əsaslanır. Həmin qərarla Ermənistan Cinayət Məcəlləsinin dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə görə məsuliyyət müəyyən edən 300.1-ci maddəsi ölkə konstitusiyasına zidd sayılıb.

Şenqavit məhkəməsinin 6 aprel qərarı Seyran Ohanyan və Yuri Xaçaturova bəraət verilməsi deməkdir. Onlar yalnız 300.1-ci maddə ilə ittiham olunurdular. Robert Köçəryanla Armen Gevorkyana başqa ittiham da irəli sürülüb.

1954-cü il təvəllüdlü Robert Köçəryan Azərbaycana qarşı işğalçı müharibənin rəhbərlərindən biridir. 1992-ci ildən Dağlıq Qarabağdakı separatçı rejimə başçılıq edib, 1997-ci ildən Ermənistanda baş nazir, 1998-ci ildən prezident postlarını tutub.

2008-ci il fevralın 19-da keçirilmiş prezident seçkisində hakimiyyət işğalçı müharibənin qaniçən liderlərindən olan baş nazir Serj Sərkisyana ötürülüb. Müxaliflər paytaxt Yerevanda seçkinin rəsmi nəticələrinə davamlı etiraz aksiyaları keçiriblər. Martın 1-də aksiyalar hərbi güclə dağıdılıb, 8 mülki şəxs, 2 polis əməkdaşı həlak olub.

2018-ci ildə Serj Sərkisyan hakimiyyəti çökəndən sonra bu iş üzrə istintaq yenilənib. Xüsusi İstintaq Xidməti Robert Köçəryanı 1 mart 2008-ci il qırğınının istintaqına cəlb edib, 2018-ci il iyulun 26-da ona cinayət işi qaldırıb. Sabiq prezident dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmədə ittiham edilib.

O, xüsusilə külli miqdarda rüşvət almaqda da günahlandırılır. Bu ittiham iş adamı Silva Ambarsumyanın ərizəsi əsasında verilib. Silva Ambarsumyan iddia edir ki, Robert Köçəryan 2008-ci ildə prezident postunu tutarkən bir biznes müqaviləsinə mane olmamaq üçün ondan külli miqdarda rüşvət alıb.

2018-ci il iyulun 27-də Robert Köçəryan 2 ay müddətinə həbs edilib, avqustun 13-də azadlığa buraxılıb. Həmin il dekabrın 7-də Robert Köçəryan yenə tutulub, 2019-cu il mayın 18-də pul girovu ilə azadlığa çıxıb. 2019-cu il iyunun 25-də Robert Köçəryan yenidən həbs edilib, sentyabrın 12-də Yerevanın Şenqavit rayonundakı ümumi məhkəmədə mühakimə prosesi başlayıb. Sabiq prezidentlə birgə Seyran Ohanyan, Yuri Xaçaturov və Armen Gevorkyan da mühakimə olunub.

Ermənistanın Apellyasiya Məhkəməsi 2020-ci il iyunun 18-də Robert Köçəryanın pul girovu müqabilində azadlığa buraxılması barədə qərar verib. İyunun 19-da sabiq prezident azadlığa buraxılıb.

Robert Köçəryan Rusiyanın “Sistema” investisiya şirkətinin Direktorlar Şurasının üzvüdür.

Mart qırğını zamanı Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi olmuş general-polkovnik Seyran Ohanyana dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə ittihamı irəli sürülmüşdü. Ondan Ermənistanı tərk etməmək iltizamı alınmışdı.

Seyran Ohanyan 1962-ci ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində anadan olub. Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib. Azərbaycan torpaqlarının işğalının və soyqırımı cinayətlərinin rəhbərlərindən biridir. 1999-cu il avqustun 2-dən Dağlıq Qarabağ rejiminin “müdafiə naziri” olub. 2007-ci ilin may ayından Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi, 2008-2016-cı illərdə müdafiə naziri postlarını tutub.

Mart qırğını zamanı müdafiə nazirinin müavini vəzifəsini tutmuş general-polkovnik Yuri Xaçaturov da dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmədə ittihamı olunurdu. 2018-ci ilin iyul ayında həbsinə vəsatət verilmiş Yuri Xaçaturovu məhkəmə pul girovu müqabilində azadlığa buraxmışdı.

Yuri Xaçaturov 1952-ci ildə Gürcüstanda anadan olub. Azərbaycan torpaqlarının işğalının iştirakçısıdır. 2008-ci ildən Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi olub, 2016-cı ildən Ermənistan Milli Təhlükəsizlik Şurasına katiblik edib. 2017-ci il mayın 2-dən 2018-ci il oktyabrın 30-dək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi postunu tutub.

Mart qırğını zamanı Prezident Administrasiyasının rəhbəri olmuş Armen Gevorkyan dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə cinayətində iştirakda, xüsusilə külli miqdarda rüşvət almaqda və qanunsuz yolla əldə edilmiş külli miqdarda gəliri leqallaşdırmaqda təqsirləndirilib. Ondan Ermənistanı tərk etməmək iltizamı alınıb.

1973-cü ildə Yerevanda doğulmuş Armen Gevorkyan 1997-ci ildən Ermənistanın dövlət idarəçiliyi sistemində işləyib. Baş nazirin köməkçisi, prezidentin birinci köməkçisi, Prezident Administrasiyasının rəhbəri, Təhlükəsizlik Şurasının katibi, ərazi idarəçiliyi naziri və baş nazirin müavini postlarını tutub.

Ermənistanın Xüsusi İstintaq Xidməti sabiq müdafiə naziri general-polkovnik Mikael Arutunyanı da mart qırğınında təqsirli bilib. O, Rusiyada yaşayır.

Mikael Arutunyan 1946-cı ildə Azərbaycanın Şamaxı rayonunun Saqiyan (indiki Günəşli) kəndində anadan olub. Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib. Ermənistanın müdafiə naziri postunu 2007-2008-ci illərdə tutub. 2007-ci ilədək Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi, müdafiə nazirinin birinci müavini olub. 2008-ci ildən Ermənistan prezidenti yanında baş hərbi inspektor vəzifəsində çalışıb.

Rusiya Bayden komandasının əsəblərini gərir –...

  • 06 Aprel 2021
  • comments

Dollar dayanacağı

  • 07 Aprel 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı eniş və yoxuşda

GLOBALS:0
comments
Xəbər

Konstitusiya Məhkəməsində yeniliklər

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Estoniyada rus əməliyyatı necə bitdi?

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstan seçki və boykot yollarında

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı eniş və yoxuşda

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı eniş və yoxuşda

GLOBALS:0
comments
Xəbər

Konstitusiya Məhkəməsində yeniliklər

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Estoniyada rus əməliyyatı necə bitdi?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda