• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Sabiq məmurun nəyə görə tutulduğu açıqlanıb

  • 05 Aprel 2021
  • comments
  • hikmet
  • Posted in Xəbər

Baş Prokurorluğun 5 aprel məlumatına görə, Bakının Nəsimi rayonunda, Dilarə Əliyeva küçəsi, 141-də yerləşən yaşayış binalarının, habelə yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi mühafizə olunan yaşayış evinin sökülməsi və yeni yaşayış binalarının tikintisinə dair “FF-2011” Mənzil Tikinti Kooperativinə qanunsuz icazə verilməsi faktı araşdırılır: “Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işinin istintaqı aparılır. Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının rəhbəri vəzifəsində işləmiş Quliyev Rasim Vaqif oğlunun başçının Nəsimi rayonu ərazisində ofis və yaşayış binalarının tikilməsinə dair 31 may 2018-ci il sərəncamını şəxsən imzalamasına, bununla da “FF-2011” Mənzil Tikinti Kooperativinin həmin ərazidə 1893-cü ildə inşa edilmiş, yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi mühafizə olunan yaşayış evinin olmasını nəzərə almadan ayrı-ayrı fiziki şəxslərə məxsus mənzillərin, yaşayış və qeyri-yaşayış sahələrinin qanunsuz söküntüsünə başlamasına, habelə tikinti və söküntü işlərinin aparılmasının digər əsas şərtlərinin pozulmasına səbəb olmasına əsaslı şübhələr üzə çıxıb.

Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən ağır nəticələrə səbəb olan sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib və onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə intensiv istintaq tədbirləri davam etdirilir”.

Bakı Şəhər İcra Hakimiyyətinə 2001-ci ildən 2018-ci il aprelin 21-dək Hacıbala Abutalıbov başçılıq edib. 2018-ci il iyulun 16-da Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini təyin olunub, həmin vaxtdan başçının səlahiyyətlərini də icra edib, noyabrın 15-də başçı postuna təyinat alıb.

Prezidentdən yeni təyinat

  • 05 Aprel 2021
  • comments

Pandemiya tibb işçilərini necə əldən salır? –...

  • 05 Aprel 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

Əhalinin təbii artımı (Beynəlxalq statistika)

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Britaniyanın Fələstin şərti

GLOBALS:0
comments
Xəbər

Azərbaycanda cins nisbəti (1991-2025)

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ukrayna: savaşa 60 yaş+ qaydası gəlir

GLOBALS:0

Tags

  • Bölgə
  • Hüquq

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetXəbər

Əhalinin təbii artımı (Beynəlxalq statistika)

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

Əhalinin təbii artımı (Beynəlxalq statistika)

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Britaniyanın Fələstin şərti

GLOBALS:0
comments
Xəbər

Azərbaycanda cins nisbəti (1991-2025)

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda