• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ermənistan seçki sistemini yeniləyir

  • 02 Aprel 2021
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiManşetXəbər

Ermənistan parlamenti Seçki Məcəlləsinə dəyişiklik layihəsini qəbul edib. Novator.az bildirir ki, aprelin 1-də son oxunuşdan keçən yenilik təşəbbüsü parlament seçkisinin yalnız ölkə üzrə partiya siyahıları – tam proporsional sistem əsasında təşkilini nəzərdə tutur. 2017 və 2018-ci illərin parlament seçkilərində ölkə və bölgələr üzrə ayrı-ayrı namizədlər siyahısı sistemi tətbiq edilib.

Ölkədə növbədənkənar parlament seçkisi ötən ay razılaşdırılıb. İlkin tarix iyunun 20-si göstərilir. Rəsmiləşmə üçün bu ay baş nazir Nikol Paşinyan istefa verməli, iki həftə ərzində qanunverici orqan buraxılmalıdır.

Əksəriyyəti Nikol Paşinyanın sədrlik etdiyi Vətəndaş Sazişi Partiyasının üzvü olan “Mənim addımım” blokunun 132 nəfərlik Ermənistan parlamentində 83, Çiçəklənən Ermənistan Partiyasının 23, İşıqlı Ermənistan Partiyasının 17 mandatı var. 9 deputat fraksiyasızdır.

1975-ci il təvəllüdlü Nikol Paşinyan 2018-ci il mayın 8-dən baş nazirdir.

20 iyun seçkisində parlamentə düşmək üçün partiyalar azı 5%, bloklar azı 7% səs toplamalıdır.

Armeniasputnik.am saytı “Parlament seçkisində kimə səs verəcəksiniz” sualı ilə internet sorğusu keçirir. Aprelin 2-nə olan nəticələrə görə, sorğuya qatılanların 30%-i Nikol Paşinyan və onun komandasına səs vermək niyyətindədir.

Sabiq prezident Robert Köçəryan və onun komandası 32%-lə öndə görünür.

Edmon Marukyanın İşıqlı Ermənistan Partiyası 8,3%-dən, keçmiş baş nazir Karen Karapetyan 5,1%-dən dəstək alır.

Adı sorğuya daxil edilmiş digər qüvvələr (radikal Sasun Dəliləri Hərəkatı, Daşnaksütun Partiyası, Artak Tovmasyanın Üçüncü Qüvvə Partiyası, Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyanın Vətən Partiyası, Qaqik Sarukyanın Çiçəklənən Ermənistan Partiyası, sabiq prezident Serj Sərkisyanın Ermənistan Respublika Partiyası) 5%-lik həddi keçə bilmir.

Azərbaycanın hasilat norması necə dəyişir?

  • 02 Aprel 2021
  • comments

Bölgələr üzrə yoluxmalar, yeni məhdudiyyət

  • 02 Aprel 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda