• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Yerimizdə otursaq…”

  • 01 Aprel 2021
  • comments
  • hikmet
  • Posted in ManşetŞərh

Rusiya müdafiə nazirinin müavini, ordu generalı Dmitri Bulqakov martın 31-i Azərbaycanın Yuxarı Qarabağ bölgəsində, Xankəndi şəhərində sülhməramlı kontingent üçün nəzərdə tutulan 250 nəfərlik modul şəhərciyin açılışında iştirak edib. Açıqlamaya əsasən, bölgədə 25 belə şəhərcik olacaq və quraşdırma işləri aprelin 5-dək yekunlaşmalıdır.

Müsavat Partiyasının başqanı Arif Hacılı bu məsələyə sərt reaksiya verib. Novator.az-ın məlumatına görə, siyasətçi özünün “Facebook” səhifəsində yazır: “1960 nəfərlik hərbi kontingent üçün bu qədər çox şəhərciyin salınmasının mənası kimlərəsə hələ də aydın deyilmi?”

Rusiya və Ermənistan hərbi rəhbərliklərinin görüşlərinin intensivləşdiyini də vurğulayan Arif Hacılı qeyd edir ki, dövlət başçısı İlham Əliyev tez-tez nəyi necə və vaxt etməyi yaxşı bildiyini deyərək hamının yerində oturmasını istəyir: “Amma aydın görünür ki, xalq olaraq yerimizdə otursaq, ərazi baxımdan Yuxarı Qarabağı, suverenlik baxımdan Azərbaycanı itirəcəyik!”

Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini ələ keçirib, ərazidə özünü müstəqil dövlət adlandıran Dağlıq Qarabağ rejimi qurulub.

2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun apardığı əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının, keçmiş Ağdərə rayonunun bir çox məntəqəsi azad olunub.

Noyabrın 10-na keçən gecə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin birgə bəyanat imzalayıblar. Hərbi əməliyyatlar dayandırılıb, Dağlıq Qarabağda təmas xətti və Laçın yolu boyu Rusiyanın sülhməramlı kontingenti yerləşdirilib. Bu kontingentin odlu silahlarla silahlanmış 1960 hərbi qulluqçudan, 90 hərbi zirehli texnikadan, 380 ədəd avtomobildən və xüsusi texnikadan ibarət, bölgədə qalma müddətinin 5 il olduğu açıqlanıb.

Dekabrın 1-dək Ağdam, Kəlbəcər, Laçın rayonları Azərbaycana qaytarılıb.

Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır.

Laçın şəhəri və rayonun bir neçə kəndi Rusiya Ordusu bölmələrinin əlindədir.

2021-ci il yanvarın 30-u Ağdam rayonunda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi açılıb. Qurum atəşkəsə nəzarət edir.

Koronavirusun qulaqdakı küylə əlaqəsi varmı? ̵...

  • 01 Aprel 2021
  • comments

Azərbaycan Dünya Bankının hesabatında

  • 01 Aprel 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetTribuna

ABŞ nəşri: Putinin sistemi qaydasız oyuna çevrilib

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Avropada Belarusun casus şəbəkəsi ifşa olunub

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Cəhənnəmdən qaçış

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

“Amerika nə satın alınacaq, nə də…” – “Foks Nyus”

GLOBALS:0

Tags

  • Hüquq
  • Ordu
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetTribuna

ABŞ nəşri: Putinin sistemi qaydasız oyuna çevrilib

Son materiallar

comments
Dünyanın səsiManşetTribuna

ABŞ nəşri: Putinin sistemi qaydasız oyuna çevrilib

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Avropada Belarusun casus şəbəkəsi ifşa olunub

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Cəhənnəmdən qaçış

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda