• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Nazirdən tapşırıqlar

  • 29 Mart 2021
  • comments
  • hikmet
  • Posted in Xəbər

Martın 29-u Bakıdakı Mərkəzi Komanda Məntəqəsində müdafiə naziri Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Mod.gov.az-ın məlumatına görə, müşavirəyə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri qatılıb, eləcə də azad edilmiş ərazilərdəki birlik və birləşmə komandirləri, o cümlədən digər məsul zabitlər video vasitəsilə cəlb olunub.

Azad edilmiş ərazilərdə xidmətin təşkili ilə bağlı məsələlərə toxunan müdafiə naziri müşavirə iştirakçılarına prezident, Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyevin göstərişlərini və qarşıda duran vəzifələri çatdırıb.

Zakir Həsənov əsas diqqətin hərbi hissələrdə, xüsusilə də azad edilmiş ərazilərdəki bölmələrdə keçirilən döyüş hazırlığı üzrə məşq və dərslərin keyfiyyətinin yüksəldilməsinə yönəldilməsini tapşırıb.

Müdafiə naziri Azərbaycan Ordusunun şəxsi heyətinin təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması, mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, hərbi intizamın möhkəmləndirilməsinin vacibliyini qeyd edib.

Zakir Həsənov azad edilmiş ərazilərdə hərbi infrastrukturun inkişaf etdirilməsi, mühəndis-istehkam işləri və qoşunların mühəndis təminatı tədbirləri, döyüş növbətçiliyinə cəlb edilən hərbi qulluqçuların sayıqlığının artırılması, həmçinin bölmələrin maddi-texniki təminat və təchizatının daha da yaxşılaşdırılması ilə bağlı konkret göstərişlər verib.

Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini ələ keçirib.

2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun apardığı əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının, keçmiş Ağdərə rayonunun bir çox məntəqəsi azad olunub.

Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri 2900 nəfərdən çox şəhid verib.

Noyabrın 10-da hərbi əməliyyatlar dayandırılıb, dekabrın 1-dək Ağdam, Kəlbəcər, Laçın rayonları Azərbaycana qaytarılıb.

Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır.

Laçın şəhəri və rayonun bir neçə kəndi bölgədə atəşkəsi qorumağa məsul olan Rusiya Ordusu bölmələrinin nəzarətindədir.

Bankların nəyi var?

  • 29 Mart 2021
  • comments

Köçəryanın vəkilləri xətm istəyir

  • 29 Mart 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Azərbaycanda cins nisbəti (1991-2025)

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ukrayna: savaşa 60 yaş+ qaydası gəlir

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstanda yeni seçki sorğusu

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

ABŞ – Avropa: kimin üzü gülür?

GLOBALS:0

Tags

  • Ordu

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycanda cins nisbəti (1991-2025)

Son materiallar

comments
Xəbər

Azərbaycanda cins nisbəti (1991-2025)

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ukrayna: savaşa 60 yaş+ qaydası gəlir

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstanda yeni seçki sorğusu

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda