• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İctimai iaşə və ödənişli xidmətlərdə eniş

  • 17 Mart 2021
  • comments
  • hikmet
  • Posted in Xəbər

Koronavirus pandemiyasının ictimai iaşə və ödənişli xidmətlər sahəsinə təsiri açıqlanıb. Dövlət Statistika Komitəsinin hesabatına görə, 2021-ci ilin yanvar-fevral aylarında ictimai iaşə dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 dəfə azalaraq 78,1 milyon manat olub.

Əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlirin 2020-ci ilin yanvar-fevral aylarına nəzərən 16,1 faiz azalaraq 1 milyon 213,4 milyon manat həddində rəsmiləşdiyi bildirilir: “Yanvar-fevral aylarında hər bir ölkə sakini orta hesabla 121,6 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 20,5 manat az müxtəlif ödənişli xidmətlərdən istifadə edib”.

2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən koronavirus infeksiyasına Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də qeydə alınıb. Bu il martın 17-dək 241651 nəfər koronavirus infeksiyasına yoluxub, 3298 nəfər xəstəlikdən vəfat edib.

2020-ci il martın 31-dən ölkədə xüsusi karantin rejimi tətbiq edilir. Hazırda əsas qadağalar bunlardır: yük daşımaları istisna olmaqla ölkə ərazisinə giriş-çıxış; ölkənin şəhər və rayonlarından sərnişin daşınması; “ASAN xidmət” və “DOST” mərkəzləri istisna olmaqla digər dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qəbulu; dəfn mərasimləri istisna olmaqla yas mərasimləri; kütləvi tədbirlər (tamaşaçıların iştirakı olmadan açıq havada idman yarışları istisnadır); tədbirlərin təşkili üzrə xidmətlər, o cümlədən ad günləri, toy, nişan və bu kimi mərasimlər; ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşməsi; istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyəti; muzey və sərgi zalları istisna olmaqla digər mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrların və idman zallarının fəaliyyəti; tibb müəssisələrində müalicə alan şəxslərin ziyarəti; idman, sağlamlıq-bərpa üzrə xidmətlər (bu sahədə tibbi xidmətlər istisna olmaqla); masaj və hamam xidmətlərinin göstərilməsi; şənbə və bazar günlərində ictimai nəqliyyatın hərəkəti; Bakı Metropolitenində sərnişindaşıma.

Zərərli maddələr: həcmi, mənbəyi

  • 17 Mart 2021
  • comments

Yoxlamalar qanunu rəsmən yeniləndi

  • 18 Mart 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Səhiyyə
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda